Qurban Qurbanov: "Hazırlıqdan razı qaldım"

Qurban Qurbanov: "Hazırlıqdan razı qaldım"
ÖLKƏ FUTBOLU 9 İyul 2014 / 15:49 3123
-  A +

"Avstriyada beş oyun keçirməyi planlaşdırırdıq. İlk iki oyunda məğlub olsaq da sonradan qələbələr qazandıq. Keçirdiyimiz ilk oyunlarda hazırlığa yeni başlamışdıq. Sonradan tədricən proqramımıza uyğun çalışmalaramızı yerinə yetirdik. Ümumi götürdükdə oyunlardan razı qaldım".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov dünən Almaniyanın "Zonnenhof Qrossaşpax" komandası ilə keçirilən yoxlama oyunundan sonra (6:1) klubun rəsmi saytına açıqlamasında deyib.

Q.Qurbanov komandasının hazırlığından razı qaldığını bildirib: "Düzdü, belə oyunlarda hesab o qədər əhəmiyyət kəsb etmir. Amma futbolçuların əzmindən razı qaldım. Bir-iki xırda problem nəzərə almasaq, hazırlıqdan narazılığım yoxdue. İndi qarşıdan "Valletta" ilə Çempionlar Liqasının oyun gəlir. Bu matça qədər hardasa bir həftə vaxtımız var. Diqqətimizi bu qarşılaşamanın hazırlığına yönəldəcəyik".

Daha çox


Son xəbərlər
15.12.25  10:51

Zubirin yubiley oyunu