Rəssam dünya kubokuna "çevrildi" (FOTO)

Rəssam dünya kubokuna "çevrildi" (FOTO)
DÇ-2014 18 İyun 2014 / 18:13 2588
-  A +

Britaniyalı rəssam Emma Allen Braziliyada keçirilən futbol üzrə dünya çempionatı şərəfinə maraqlı layihə həyata keçirib.

Qol.Az-ın "buro247.az"a istinadən verdiyi məlumata görə, çempionatın əsas mükafatı olan dünya kubokuna bənzəmək üçün Allen özünü 3 saat müddətində qızılı boya ilə rəngləyib.

Rəssamın sözlərinə görə, çəkilişin ən çətin məqamı əllərini üzdə düzgün tutmaq və təbii təsir bağışlamaq olub. Imgur şəbəkəsində Allenin fotosunu yarım milyondan çox insan izləyib.






Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər