"İspaniyanın Hollandiyaya 1:5 hesabı ilə uduzması mənim üçün mundialın ilk böyük sensasiyası oldu. Artıq hər şey Çili ilə oyunda həll olunacaq. İspanlar bu turnirin onlar üçün gözləniləndən də çətin olacağını anladılar. Ancaq unutmayın ki, 4 il əvvəl, "DÇ-2010"nun finalında İspaniya Hollandiya ilə görüşdə əla oyun nümayiş etdirmişdi".
Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Almaniya mətbuatına açıqlamasında deyib.
Almaniyalı mütəxəssis "tiki-taka" taktikasının artıq süquta uğradığını bildirib: "Lui van Qal "tiki-taka"ya qarşı necə oynamaq lazım olduğunu göstərdi. İspanlar sürətli hücumlar zamanı yüksək təzyiq yaradırlarsa, müdafiədə eyni oyunu nümayiş etdirə bilmirlər. Düşünürəm ki, həmin oyunun nəticəsi 6:1 və ya 7:1 da ola bilərdi. Məncə, artıq "tiki-taka" süquta uğrayıb. Ümumiyyətlə, bu taktika məni qane etmirdi. Dünya çempionatı göstərir ki, müasir futbolda mümkün qədər tez qol vurmalısan. Məni belə oyun qane edir. Hollandiyaya məğlubiyyət ispanlar üçün acı həb oldu. Ancaq onların qarşıda iki oyunları var. Əlbəttə, Visente del Boske harada və hansı futbolçularda problemlərin olduğunu görür. Ona görə İspaniya millisini hesabdan silmək olmaz".
Mundialın hakim idarəçiliyindən şikayətlənən B.Foqts bu haqda belə deyib: "Sual verirəm: niyə ən yaxşı futbolçuların mübarizə apardığı dünya çempionatında ən yaxşı hakimlər idarəçilik etmirlər? Mundialda bütün qitələrin təmsil olunması yaxşı ideyadır. Ancaq bu yanlış yanaşmadır. Bu, oyunların keyfiyyətinə də təsir edir. Əgər 3 ingilis, 3 alman və 3 italyan hakim hazırda ən yaxşıdırsa, qoy onlar mundialda da ədaləti təmsil etsinlər. Əgər bir isveçli hakim varsa, yığması dünya çempionatında olmasa belə, o mundialda iştirak etməlidir. FİFA bu barədə düşünməlidir".
“Qarabağ” “Sabah”ı təbrik etdi
Püşkatma nə vaxtdır? - “Sabah” üçün 8 rəqib
“Sabah” tarixi qələbə ilə ÇL-in Liqa mərhələsində!
Matç başlayar-başlamaz qapıçı meydandan qovuldu
"Beşiktaş"a keçə bilər
“Yamalın hələ bütün potensialını görməmişik”
İki təklif rədd edildi, üçüncüsü hazırlanır
Ağır zədə aldı, 28 yaşında futbolla vidalaşdı
UEFA ilə FİFA arasında hakimlik gərginliyi
"Sabah" - "Hapoel" matçının heyətləri açıqlandı
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
“Qarabağ” daha 2 futbolçu alır – Razılıq əldə olundu
"Qarabağ"la matça 3 itki ilə çıxacaqlar
"Fənərbaxça" azarkeşlərinin biletləri ləğv olundu
Müller, Hummels və Sommer klub aldılar
“Milan” "Mançester Siti”yə müraciət etdi
"Yuventus"un qapıçısı Premyer Liqa klubunda
“Sabahın Ulduzları”nda 6-cı tura yekun vuruldu
"Fənərbaxça"dan "Barselona"ya keçdi
"Çelsi" Kellimanı satdı
“Sabah” - “Hapoel” oyununu yayımlayacaq kanal
Savinyo “Tottenhem”də
40 yaşlı Hondanın yeni klubu bilindi
“Hapoel"in “Sabah”ı keçmək şansı 60 faizdir" - Roi Kehat
Xabi: "Bu, yalnız başlanğıcdır"
"Sabah"dan Liqa 1-ə? - Fransa klubu onu izləyir
Ozobiçin yeni klubu bilindi - Rəsmi
Kenan Yıldızdan "Yuventus"a şok – 3 ay yoxdur
"Çelsi" mövsümə qələbə ilə başladı - Video