“İspaniya millisinə ayrılan mükafat xalqa təhqirdir”

“İspaniya millisinə ayrılan mükafat xalqa təhqirdir”
DÇ-2014 8 İyun 2014 / 12:33 4223
-  A +

İspaniyada bəzi deputatlar DÇ-2014-də qazanılacaq uğur üçün futbolçulara ayrılan pul mükafatının məbləğindən narazı qalıblar.

Qol.Az-ın xəbərinə görə, deputat Xosep Antoni Dyuran özünün tvitter səhifəsində bununla əlaqədar etirazını bildirib.
 
Xatırladaq ki, İspaniya Futbol Federasiyasının qərarına əsasən, DÇ-2014-də birinci yeri tutacağı təqdirdə millinin hər bir oyunçusu 780 min, finala çıxacağı halda 360 min, yarımfinala vəsiqə qazanması müqabilində isə 180 min avro mükafat alacaq. Xosep Dyuranın fikrincə, bu mükafat yetərincə yüksəkdir və İspaniya xalqına təhqirdir. “Bu məbləğ alman futbolçular üçün ayrılan mükafatdan iki dəfə çoxdur. Məgər, biz almanlardan varlıyıq” – deyə o sual edib.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır