İyulun 12-də Braziliyada başlanacaq dünya çempionatında ən çox məşqçi ilə təmsil olunan ölkə Almaniya olacaq.
Qol.Az-ın məlumatına görə, "DÇ-2014"də mübarizə aparacaq 32 komandadan dördünü almaniyalı mütəxəssis çalışdırır. Bunlar Yoahim Löv (Almaniya), Yurgen Klinsmann (ABŞ), Folker Finke (Kamerun) və Ottmar Hitsfeldir (İsveçrə).
Argentina, Kolumbiya, Portuqaliya və İtaliyadan isə üç çalışdırıcı dünya çempionatında olacaq. Fransa və Bosniya və Hersoqovina iki, digər yığmalar isə bir baş məşqçi ilə bu turnirdə təmsil olunacaq.
"DÇ-2014"ün ən gənc məşqçisi
Dünya çempionatında 32 komandanı çalışdıran baş məşqçilər içərisində ən gənci 43 yaşlı Niko Kovaçdır (Xorvatiya millisi).
"DÇ-2014"ün ən yaşlı baş məşqçisi
Fabio Kapello, 68 yaş, Rusiya millisi
17 yerli, 15 əcnəbi
Dünya çempionatına qatılan 32 ölkədən 17-i yerli, 15-ni isə əcnəbi mütəxəssislər çalışdırır. Braziliya, Xorvatiya, Meksika, İspaniya, Hollandiya, Almaniya Avstraliya, İngiltərə, İtaliya, Fransa, Argentina, Bosniya və Hersoqovina, Nigeriya, Portuqaliya, Qana, Belçika və Cənubi Koreya yerli məşqçilərə güvənən komandalardır.
Del Boske və Skolari
"DÇ-2014"də iştirak edəcək 32 baş məşqçidən ancaq İspaniya millisinin çalışdırıcısı Visente del Boske və Braziliya millisinin baş məşqçis Luis Felipe Skolari məşqçi kimi dünya kubokunu qazanıb. Del Boskenin komandası "DÇ-2010", Skolarinin Braziliyası isə 2002-ci ildə birinci yeri tutub.
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi