İyunun 12-də başlanacaq dünya çempionatında iştirak edəcək 32 milli komandanın turnirə ev sahibliyi edəcək Braziliyadan xüsusi istəkləri var.
Qol.Az xarici KİV-lərdə çıxan yazılara istinadən verdiyi məlumata görə, komandalar turnirə daha yaxşı hazırlaşmaq və rahatlıq üçün təşkilatçılar istəklərini yerinə yetirməyi xahiş ediblər.
Portuqaliya: Futbolçuların qalacağı otelin hər bir otağında "Playstation" oyun aparatı olmalıdı. Bundan başqa, futbolçuların qaldığı otelin mərtəbəsində təhlükəsizliyi 24 saat qorumaq üçün altı mühafizəçi tələb edilib. Bu mühafizəçilərdən ikisi komandanın lideri Kriştiano Ronaldonu qoruyacaq.
Fransa: Otaqlarda iki fərqli duru sabunun olması istənilib. Sabunlarından birindən oyunçular əllərini yuyacaq, digərindən isə duşda istifadə edəcək. Fransa Futbol Federasiyası həmçinin, futbolçuların qalacağı bütün otaqların eyni rəngdə olmasını istəyib.
Uruqvay: Yeganə istəkləri otel otaqlarında səssiz işləyən havalandırma sisteminin olmasıdır.
Əlcəzair: Futbolçuların qaldığı hər otaqda "Qurani Kərim" olmalıdır.
Ekvador: Ölkənin futbol federasiyası futbolçuların dincəlməsi üçün xüsusi otaq tələb etməklə yanaşı, oyunçuların otaqlarında hər gün Ekvadordan gətirilən bananlardan ibarət səbətin yer almasını istəyib.
İngiltərə: Yalnız onlara xidmət edəcək üç fərqli restoran istəyib. Başqa tələb icində üç televizor olmaqla xüsusi videooyun otağının hazırlanmasıdır. Hovuz, idman salonu və otaqların balkonunun olması da istəklər sırasında yer alıb.
Honduras: Otaqların iki Honduras və 6 İspaniya kanalını göstərən televizorlarla təmin olunması istənilib.
Yaponiya: Yeganə istək hər otaqda cakkuzinin olmasıdır.
Avstraliya: Oyunçuların otaqlarında iki ədəd böyük qəhvə hazırlayan aparatın olmalıdır. Dünyanın ən məşhur qəzetləri hər gün otaqlara gətirilməlidi. Bundan başqa onlar üçün Braziliyada kəsilən təzə ət, balıq və toyuqdan yeməyin hazırlanması istənilib. Yeməklər buxarda bişirilməlidir.
Bosniya və Hersoqovina: Oyunçular və məşqçilərin danışıqlarının bir-birinə qarışmaması üçün restoranın akustikası yaxşı olmalıdır.
İsveçrə: Hər otaqda yüksək sürətli internet olmalı və İsveçrə kanalları göstərilməlidir.
Çili: Oyunçuların qalacağı otaqlarda yaxşı yataqların və LCD televizorların olmasını tələb edib.
Kosta-Rika: Kresloların da olduğu geniş istirahət otağı istənilib. Bundan başqa, televizor, video oyunların olduğu otaq da olmalıdır.
Kolumbiya: Bu ölkənin futbol federasiyasının istəyi isə daha fərqlidir. Onlar komandanın məşqlərində iştirak etmək üçün 15 gənc futbolçu tələb edib. Onlara şanslı futbolçu da demək olar.
“Qarabağ” avrokuboklarla vidalaşdı
UEFA-dan futbol ruhuna həsr olunan yeni mükafat
“Qarabağ” növbəti transferlərini açıqladı
Acun Ilıcalının komandası yeni oyunçu ilə gücləndi
“Fənərbaxça” və “Qalatasaray” hansı rəqiblərlə qarşılaşacaq?
“Futbolçulara robot kimi yanaşılır”
“Qarabağ” - “Tvente” matçı gec başlayacaq
“Karvan-Yevlax”dan növbəti transfer
"İki dəfə dünya gözümün önündə dayandı"
"Qarabağ" "Tvente" ilə oyuna bu heyətlə çıxır
Azərbaycan millisinin qapıçısı Türkiyə klubunda
"Qarabağ"ın rəqibi futbolçusunu göndərə bilər
"Arsenal"dan ayrılacağı gözlənilir
Ukraynalı vinger rəsmən "Ayaks"da
"Beşiktaş" yeni hücumçu transfer etdi
Prezident İlham Əliyevdən "Sabah"la bağlı - Sərəncam
Barkola PSJ-ni bu kluba dəyişir
“Liverpul” yeni formasını təqdim etdi - Şəkillər
"Qarabağ" dayanmır. 1 gündə 3-cü transfer! - Eksklüziv
"Fənərbaxça"dan "Barselona"ya - Rəsmi
17 yaşlı futbolçu “Bavariya”dan ayrıldı
Bu da "Qarabağ"ın 2 yeni transferi!
"Çelsi"dən "Nottingem Forest"ə
Adama Traorenin yeni klubu açıqlandı
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycanı İsveçrədə onlar təmsil edəcəklər
Mbappenin het-triki - Video
İsmayıl Kartal “Lion” üzərində qələbədən danışdı
Fonseka: “Bəlkə də buna görə pis məşqçiyəm”
ÇL-də “Sabah” dominantlığı – Bu göstəricilərdə lider oldular
“Fənərbaxça”nın oyunçusuna hücum edildi, dava düşdü - Video
Çempionlar Liqasının Liqa mərhələsinin bütün iştirakçıları
"Mançester Siti"nin futbolçusu "Nyukasl"da - Rəsmi
ÇL-də pley-off mərhələsinə yekun vuruldu
"Fənərbaxça" 18 ildən sonra ÇL-in əsas mərhələsində
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İtaliya da İnfantinoya üz çevirdi
Çempionlar Liqasının püşkatmasında yeni qayda
"Lion" - "Fənərbaxça" matçının heyətləri açıqlandı
“Mançester Yunayted” formalarını dəyişməli oldu