"Braziliyanı yalnız Almaniya məğlub edə bilər"

"Braziliyanı yalnız Almaniya  məğlub edə bilər"
DÇ-2014 28 May 2014 / 13:17 3408
-  A +

Almaniya millisinin əfsanəvi futbolçusu Franz Bekkenbauer "DÇ-2014" öncəsi fikirlərini bildirib.

Qol.Az-ın goal.com-a istinadən yaydığı xəbərə görə, o deyib ki, yalnız Almaniya yığması turnirini favoriti Braziliyanı məğlub edə biləcək gücdədir:

"Konfederasiyalar kubokunda Braziliyanın oyununu izlədim. Onlar  digər komandaların qorxacağı bir yığma olmağı bacardılar. Dünya çempionatında da yaxşı çıxış edəcəklərinə əminəm. Braziliyanı yalnız Almaniya məğlub edə bilər".

F.Bekkenbauer Almaniya yığımasında Şvaynştayger, Noyer, Qötze, Roys, Özil kimi futbolçuların komanaya uğur qazandıracağına inandığını söyləyib.


Son xəbərlər