"Bu oyun bizim üçün böyük təcrübə olacaq"

"Bu oyun bizim üçün böyük təcrübə olacaq"
ÖLKƏ FUTBOLU 26 May 2014 / 10:12 2082
-  A +

"Uzun zamandan sonra yenidən bir araya toplaşmışıq. Komandada yaxşı əhval-ruhiyyə var. Gündə iki dəfə olmaqla məşqlərimizi davam etdiririk. Qarşıda ABŞ yığması ilə yoldaşlıq görüşündə qüvvəmizi sınayacağıq. Bu oyun bizim üçün böyük bir təcrübə olacaq".

Qol.Az-ın məlumatına görə, bu sözləri millimizin futbolçusu Ruslan Abışov AFFA-nın rəsmi saytına açıqlamasında deyib.

R.Abışov bu görüşdə nəticənin önəmli olmadığını bildirib: "Baş məşqçi Berti Foqts bu görüşdə bəzi yeni oyunçulara şans vermək imkanı əldə edəcək. Bizim üçün nəticə önəmli olmasa da, oyun baxımından nəyə qadir olduğumuzu görmək istəyirik. Komanda olaraq bu qarşılaşmaya yaxşı hazırlaşırıq.

Güclü rəqiblərlə qarşılaşmaq həm təcrübə, həm də səhvlərimizi görmək baxımından çox əhəmiyyətlidir. Təbii ki, bu cür görüşlərin çox olması biz futbolçuların və ümumi olaraq milli komandanın xeyrinə olacaq. İlk iki gündə komanda olaraq yorğunluq hiss olunurdu. Yuxu və qidalanma ilə bağlı müəyyən problemlərlə qarşılaşdıq. Artıq tam uyğunlaşmışıq, hər şey yaxşıdır”.

Daha çox


Son xəbərlər