Bakının “İnter” və “Simurq” klubları öz futbolçularını Azərbaycan milli komandasının avqustun 24-dən sentyabrın 1-dək keçiriləcək təlim-məşq toplanışına buraxmayacaq. “AFFA bu qərarı milli komandanın seçmə mərhələ oyununa daha yaxşı hazırlaşması üçün qəbul edib. Təbii ki, bizim buna qarşı çıxmaq fikrimiz yoxdur. Çünki milli komanda həmişə birinci planda olmalıdır. Futbolçularımızı millinin düşərgəsinə buraxılmayacağına dair səslənən fikirlər heç şayiə deyil. Bəli, bu faktdır və futbolçularımızı heç də bütün toplanış müddətində oraya göndərmək istəmirik. “İnter” üzvləri milli komandanın düşərgəsinə yalnız UEFA-nın reqlamentində göstərilmiş və beynəlxalq oyunlar öncəsi üçün nəzərdə tutulmuş müddətdə göndəriləcək. Hər halda klubun da öz prinsipləri var”. Bu sözləri Qol.Az-a açıqlamasında Bakının “İnter” klubunun prezidenti Georgi Nikolov Azərbaycan Premyer Liqasının III turunun təxirə salınmasına münasibət bildirərkən deyib. Onun “Simurq”dan olan həmkarı Zaur Məmmədov da demək olar ki, eyni fikirləri söyləyib: “Bilirik ki, çempionatın III turunun təxirə salınması milli komandanın hazırlığı ilə əlaqədardır. Milli komandaya isə həmişə kömək lazımdır. Çünki hamımızın məqsədi millinin, Azərbaycan futbolunun inkişafına xidmət etməkdir. Bu mənada, qəbul olunan qərarı biz də normal qəbul edirik. Amma hər şey qaydalar çərçivəsində həll olunmalıdır. UEFA-nın FİFA-nın mövcud qaydaları var. Orada göstərilir ki, futbolçular beynəlxalq oyunlara neçə gün qalmış millinin düşərgəsinə buraxılmalıdır. Bilirsiniz, gəlib burada bizə nəyisə düzəltməyi öyrətmək lazım deyil. Əksinə, Azərbaycan gənclərinə, uşaqlarına futbol öyrətmək lazımdır. Yəqin ki, başa düşdünüz kimi nəzərdə tuturam”.
"Atletiko"da itki
"Şamaxı" "Sumqayıt"a belə qalib gəldi - Video
“Bir çox klub rəhbəri artıq getməlidir” - Ayxan Abbasov
"Fənərbaxça"dan şok məğlubiyyət
"Neftçi" - "Qarabağ" matçının vaxtı açıqlandı
"Araz-Naxçıvan"ın qələbəsi - Video
"Getdikdə daha yaxşı oynayırıq" - Andrey Demçenko
Türkiyə millisinin üzvü "Borussiya"dan ayrılır - Rəsmi
İngiltərə Premyer Liqasında fevralın ən yaxşsı seçildi
Sumqayıtda heyətlər açıqlandı
Azərbaycan millisi ilk qələbəsini qazandı
Qvardioladan əvvəl iki nəfər bunu bacarmışdı
"Araz-Naxçıvan" - "Karvan-Yevlax": Heyətlər açıqlandı
1-ci liqada 18-ci tura yekun vuruldu
Millinin yeni baş məşqçisi bu tarixdə təqdim olunacaq
"Çelsi" kapitanı ilə müqaviləni uzatdı - Rəsmi
"Barselona"nın keçmiş prezidenti vəfat etdi
Tiaqo Silva Avroliqa tarixinin rekorduna imza atdı
Sarri qovula bilər
"Qarabağ" onun gedişini rəsmən açıqladı
“Qarabağ”dan ayrılıb bu kluba keçdi
"Tottenhem" bilet satışını təxirə saldı