"Muğan" heyətini daha bir legionerlə gücləndirməyə yaxındır. Qol,Az-ın Salyan klubunun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, daha bir tanınmış forvard sınaqdan keçirilir. Söhbət 2006-2008-ci il futbol mövsümlərini Avstriyanın "Şturm" (Qrats) klubunda keçirən və son mövsümdə Sloveniyanın "Rudar" (Velenje) komandasında çıxış edən Ozren Perikdən gedir. Bu, Perikin Azərbaycana ilk səfəridir və o, bir müddət "Muğan"da sınaq məşqlərində iştirak edəcək. Son mövsümdə "Rudar"da 24 oyun oynayan və 7 qol vuran hücumçu haqda klubun qərarı yaxın zamanlarda açıqlanacaq.
DÇ-2026-nı buraxacaq
Tarixin 70-cisi
“Latsio” sonda sevindi
"Bu uğurun sirri barədə danışmaq çətindir" - Kurban Berdiyev