“Bizi çətin oyun gözləyir. Rəqibimiz çox güclüdür. Onların iştirakı ilə İsveçrə çempionatının son turu çərçivısində keçirilən qarşılaşmanı da canlı olaraq stadiondan izləmişəm. Amma buna baxmayaraq, meydana öz oyunumuzu oynamağa və qələbə qazanmağa çıxacağıq”. Qol.Az-ın məlumatına görə, bu sözləri sabah Avropa Liqasının pley-off matçı çərçivəsində Tofiq Bəhramova adına Respublika stadionunda İsveçrənin “Bazel” klubunu qəbul edəcək “Bakı”nın baş məşqçisi Coko Haciyevski deyib. O, az öncə keçirdiyi mətbuat konfransında heyətdəki itkilər barəsində də danışıb: “Heyətdə itkilərimiz var. Bildiyiniz kimi, Feliks və Barbosa sabah komandaya kömək edə bilməyəcəklər. Amma onları əvəzləyəcək layiqli futbolçularımız da var. İnanıram ki, həmin futbolçular üzərlərinə düşən işi layiqincə yerinə yetirə biləcəklər. Start heyətinə gəlincə, bunu artıq özlüyümdə müəyyənləşdirmişəm. Amma açıqlaya bilmərəm. Belə götürəndə açıqlaya da bilərəm. Amma lüzum görmürəm. Çünki rəqib komandanın baş məşqçisinin və futbolçularının bunu bilməsini istəmirəm. Elə öz futbolçularımın da. Çünki kimsə adını əsas heyətdə görüb arxayınlaşa bilər”.
Haciyecvski yeni transferləri braziliyalı Jaba haqqında ona ünvanlanan sualı da cavablandırıb: “Jaba çox güclü futbolçudur. Amma bir problem var ki, o, fiziki cəhətdən hələ tam hazır deyil. Buna baxmayaraq, braziliyalının xarakteri möhkəmdir. İnanıram ki, meydana çıxarsa, bütün gücünü ortaya qoyacaq. Amma onun start onbirliyində oynayıb-oynamayacağı haqqında indi qəti söz deyə bilmərəm”. Makedoniyalı mütəxəssis “Bazel”in heyətində çəkindiyi üç futbolçunun adını da açıqlayıb: “Bazel” ümumilikdə komanda şəklində güclüdür. Amma üç futbolçu var ki, onlara xüsusi diqqət yetirməli və əl-qol açmağa imkan verməməliyik. Bunlar Aleksandr Fray, Çipperfert və Ştrellerdir”.
"Atletiko"da itki
"Şamaxı" "Sumqayıt"a belə qalib gəldi - Video
“Bir çox klub rəhbəri artıq getməlidir” - Ayxan Abbasov
"Fənərbaxça"dan şok məğlubiyyət
"Neftçi" - "Qarabağ" matçının vaxtı açıqlandı
"Araz-Naxçıvan"ın qələbəsi - Video
"Getdikdə daha yaxşı oynayırıq" - Andrey Demçenko
Türkiyə millisinin üzvü "Borussiya"dan ayrılır - Rəsmi
İngiltərə Premyer Liqasında fevralın ən yaxşsı seçildi
Sumqayıtda heyətlər açıqlandı
Azərbaycan millisi ilk qələbəsini qazandı
Qvardioladan əvvəl iki nəfər bunu bacarmışdı
"Araz-Naxçıvan" - "Karvan-Yevlax": Heyətlər açıqlandı
1-ci liqada 18-ci tura yekun vuruldu
Millinin yeni baş məşqçisi bu tarixdə təqdim olunacaq
"Çelsi" kapitanı ilə müqaviləni uzatdı - Rəsmi
"Barselona"nın keçmiş prezidenti vəfat etdi
Tiaqo Silva Avroliqa tarixinin rekorduna imza atdı
Sarri qovula bilər
"Qarabağ" onun gedişini rəsmən açıqladı
“Qarabağ”dan ayrılıb bu kluba keçdi
"Tottenhem" bilet satışını təxirə saldı
Azərbaycan boksçuları Monteneqroda rinqə çıxacaqlar
"Arsenal" danışıqlara başladı
Yayda “Qarabağ”dan ayrılacağı gözlənilir
Çempionlar Liqasında ən çox qol ötürməsi edən qapıçı oldu
"Lion"u Endrik xilas etdi - Video
İran millisindən Trampın fikirləri ilə bağlı bəyanat
Konfrans Liqasında 1/8 finalın ilk oyunları keçirildi
Avropa Liqasında gecənin nəticələri
Azərbaycan güləşçisi yenidən Avropa çempionu oldu
Premyer Liqa klubları onu hədəfə aldı