Sabah Avroliqanın play-off mərhələsinin ilk oyunları çərçivəsində “Bakı”yla qarşılaşacaq İsveçrənin “Bazel” klubunun baş məşqçisi Torsten Fink bu gün oyunqabağı mətbuat konfransı keçirib. Alman mütəxəssis ilk növbədə matç haqdaq fikirlərini bölüşüb.
- “Bakı” klubunu yaxşı tanıyırıq. Bu gün komandayla birlikdə rəqibimizin oyunun kassetinə də baxdıq. Fiziki cəhətdən çox yaxşı formadadırlar. Sabahkı oyun çox ağır olacaq. “Bakı”ya hörmətimiz var. Lakin biz öz futbolçularımıza güvənirik.
- Uzun yol qət etmisiniz. Bakıda artıq məşqə də çıxdınız. Komandada ab-hava necədir?
- Hava səbəbindən bir gün əvvəl gəldik ki, uşaqlar buradakı şəraitə uyğunlaşsınlar. 4 saat 20 dəqiqə uçduq. Günorta demək olar ki, hava eynidi. Lakin İsveçrədə axşamlar bir qədər sərin olur. Bir sözlə havadan şikayət etmək fikrimiz yoxdur.
- Əvvəldən nəzərdə tutulmuşdu ki, komandanız oyun vaxtı məşq edəcək. Lakin sonradan sizin istəyinizlə məşqin başlama saatı 3 saat əvvələ çəkildi. Bunun səbəbi nədir?
- Vaxt itirməyə ehtiyac görmədik. 3 saat əvvəl, ya sonra - heç bir fərqi yoxdur. Artıq demək olar ki, bir gündür ki, Bakıdayıq. Ona görə də buradakı şəraitə tam uyğunlaşmışıq.
- Bildiyimiz qədər “Bakı”nın “Levski”yə qarşı keçirdiyi hər iki oyunu izləmisiniz. Komandamız haqda nə deyə bilərsiniz?
- “Bakı” haqda öyrəndiyim çox yaxşı var. Yaxşı təzyiq edirlər. 77, 10 və 7 nömrəli futbolçularınız çox təhlükəlidirlər. Bir hücumçuları oynamayacaq. Bilirəm ki, başqa bir braziliyalı futbolçu gətiriblər. Bütün bunlara baxmayaraq, sabahkı oyundan qələbə gözləyirik. Ən pis halda, heç-heçə yə ümid edirik.
- Püşkatmadan sonra ilk təəsüratlarınız necə oldu?
- Püşk atılandan sonra ilk işim xəritədə Bakını tapmaq oldu. Çünki sizin haqqınızda heç bir məlumatım yox idi. Oyunçu kimi də burada olmamıam. Amma burada səmimiyyətlə qarşılandıq. Çalışacağıq ki, İsveçrədə də bu qonaqpərvərliyin qarşılığını verək.
- Dediniz ki, sabahkı oyundan qələbə gözləyirsiniz. Ən pis halda heç-heçə. Belə çıxır ki, məğlubiyyəti ağlınıza belə gətirmirsiniz?
- Məşqçi kimi mənim komandamdan qələbə gözləməyim normaldır. Amma məğlub da ola bilərik. Bu futboldur. Məğlub olsaq belə, çalışacağıq ki, İsveçrədəki oyunda ümumi hesabı xeyrimizə dəyişə bilək.
- 1996-cı ildə sabah oyunun keçiriləcəyi meydançada millimiz heç kimin gözləmədiyi halda İsveçrəni məğlub etdi. Sabah da eyni hal təkrarlana bilər?
- Futbolda hər şey ola bilər. “Bakı” futbol oynamağı bacarır. Amma inanıram ki, evə məyus getməyəcəyik.
- Məşq zamanı futbolçularınız meydançanın “Bazel”in stadionuna nisbətən bir qədər böyük olduğunu söylədilər. Siz bu haqda nə düşünürsünüz?
- Mən bildiyim qədər bu stadionun uzunluğu 112 metrdir. Bizim meydançanın uzunluğu isə 105 metrdir.
- “Qrasshopers”ə qarşı keçirdiyiniz son oyunu “Bakı”nın baş məşqçisi Coko Hacioyevski də izləyirdi. Mümkündür ki, həmin oyunda bəzi üstünlüklərinizi rəqibdən gizlədəsiniz?
- Liqa bizim üçün çox vacibdir. Sürix klubları da bizim üçün prinsipial rəqibdir. İstəyirdim oyunu udaq. Amma müdafiədə buraxdığımız səhvlər məğlubiyyətimizə səbəb oldu. Çalışacağıq ki, sabahkı oyunda müdafiədə boşluq buraxmayaq.
"Atletiko"da itki
"Şamaxı" "Sumqayıt"a belə qalib gəldi - Video
“Bir çox klub rəhbəri artıq getməlidir” - Ayxan Abbasov
"Fənərbaxça"dan şok məğlubiyyət
"Neftçi" - "Qarabağ" matçının vaxtı açıqlandı
"Araz-Naxçıvan"ın qələbəsi - Video
"Getdikdə daha yaxşı oynayırıq" - Andrey Demçenko
Türkiyə millisinin üzvü "Borussiya"dan ayrılır - Rəsmi
İngiltərə Premyer Liqasında fevralın ən yaxşsı seçildi
Sumqayıtda heyətlər açıqlandı
Azərbaycan millisi ilk qələbəsini qazandı
Qvardioladan əvvəl iki nəfər bunu bacarmışdı
"Araz-Naxçıvan" - "Karvan-Yevlax": Heyətlər açıqlandı
1-ci liqada 18-ci tura yekun vuruldu
Millinin yeni baş məşqçisi bu tarixdə təqdim olunacaq
"Çelsi" kapitanı ilə müqaviləni uzatdı - Rəsmi
"Barselona"nın keçmiş prezidenti vəfat etdi
Tiaqo Silva Avroliqa tarixinin rekorduna imza atdı
Sarri qovula bilər
"Qarabağ" onun gedişini rəsmən açıqladı
“Qarabağ”dan ayrılıb bu kluba keçdi
"Tottenhem" bilet satışını təxirə saldı
Azərbaycan boksçuları Monteneqroda rinqə çıxacaqlar
"Arsenal" danışıqlara başladı
Yayda “Qarabağ”dan ayrılacağı gözlənilir
Çempionlar Liqasında ən çox qol ötürməsi edən qapıçı oldu
"Lion"u Endrik xilas etdi - Video
İran millisindən Trampın fikirləri ilə bağlı bəyanat
Konfrans Liqasında 1/8 finalın ilk oyunları keçirildi
Avropa Liqasında gecənin nəticələri
Azərbaycan güləşçisi yenidən Avropa çempionu oldu
Premyer Liqa klubları onu hədəfə aldı