"Rəvan"ın baş məşqçisi Güvenc Kurtar Türkiyənin "Doğan" xəbər agentliyinə müsahibə verib. Qol.Az-ın məlumatına görə, o, Topaz Premyer Liqası haqda fikirlərini bildirib, transfer planları haqda danışıb.
- Əvvəlcə Azərbaycan Premyer Liqası haqda fikirlərinizi bilmək istərdik.
- Burada yüksək səviyyəli bir neçə klub var. Çempionatda çox yaxşı futbolçular oynayır. Türkiyə superliqasında çıxış edə biləcək gücdə futbolçular var. İtaliya A seriyasında, Braziliyada oynamış oyunçular hazırda futbolçu karyeralarını Azərbaycanda davam etdirirlər.
- Mustafa Dənizli ilə eyni liqada mübarizə aparmaq necə bir hissdir?
- Türkiyədə də onunla eyni liqada çalışmışıq. Azərbaycan bizim ikinci vətənimizdir. Onunla çox görüşmürük. Çünki o, Bakıdan uzaqda işləyir. Bir müddət keçdikdən sonra daha tez-tez görüşəcəyik.
- Azərbaycanda futbolçuların gəliri necədir?
- 5-6 klubda verilən maaşlar yaxşıdır. Bir sözlə, buradakı oyunçuların aldığı məvacib Türkiyədə futbolçuların qazandığı pula çox yaxındır.
- Azərbaycanın paytaxtı Bakı haqda nə deyərdiniz?
- Bakı gözəl şəhərdir. İşlədiyim üçün gəzməyə hələlik vaxtım olmur. Amma burada yaxşı restoranlar və kafelər var. Buna görə də Bakıya gələn futbolçular bura uyğunlaşmaqda heç bir çətinlik çəkməyəcək.
-Türkiyədən futbolçu transfer etməyi düşünürsünüz?
- Hələlik belə bir fikrim yoxdur. Hazırkı heyətlə nələr edə bilərik, onu düşünürəm. Qarşıda Azərbaycan kubokunda matçımız var. "Neftçi" kimi güclü və səviyyəli bir rəqiblə oynayacağıq. Bu səbəbdən transfer düşünmürəm.
Qattuzodan qələbə şərhi
"Real" Rodri transferi üzərində işləyir
Azərbaycan millisinin məşqindən - Şəkillər
Ronaldo qayıtdı - Şəkil
"Milan"ın futbolçusu zədəsini sağaltdı
"Afrika Millətlər Kubokunun Seneqaldan alınması oğurluqdur"
"Bavariya" üçün şad xəbər
"Nəticə bizim üçün vacibdir" - Emin Mahmudov
Türkiyə millisinin oyununu yayımlayacaq kanallar
AFFA bu komandalara texniki məğlubiyyət verdi
Arteta, Hau, Moyes…
ÇL oyununa görə PSJ-nin matçı təxirə salındı
AFFA İntizam Komitəsinin qərarları
Asiya kubokunun püşkatma mərasimi təxirə salındı
Azərbaycan – Sent Lüsiya oyununun hakimləri açıqlandı
"Neymarsız dünya çempionatını təsəvvür edə bilmirəm"
Qattuzo: “Bu, karyeramın ən vacib oyunu olacaq”
"Salahın yerini doldurmaq çox çətin olacaq" - Cerrard
Azərbaycanda işləmiş məşqçi ağır xəstəliyə tutulub
UEFA-dan "Benfika"ya cəzalar
Mbappe: “Yayılan xəbərlər doğru deyil”
"Real"ın futbolçusunun derbi cəzası bəlli oldu
Dünya çempionatında stadionların boş qalmaq təhlükəsi var
"Qalatasaray"ın ulduzu "Real"a keçə bilər
Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı
"Yuventus" onu göndərməyə hazırlaşır
Seneqalın apellyasiya şikayəti qeydə alındı
Arbeloa qələbədən sonra oyunçularını belə mükafatlandırır
"Liverpul" Slotla bağlı hansı mövqedədir?
"Əl-Nəsr" Salahın maaşını üçqat artırmağa hazırdır
Kazemironun müqaviləsindəki maneə aradan qaldırıldı