"İnter" klubunun yarımmüdafiəçisi Asif Məmmədov Qol.Az saytına müsahibəsində Topaz Premyer Liqasının son turunda "Rəvan" üzərində qələbədən (3:0), son vaxtlar meydana az çıxmasından və növbəti turda "Simurq"la keçiriləcək görüşdən danışıb.
- Topaz Premyer Liqanın son turunda "Rəvan" üzərində böyükhesablı qələbə qazandınız. Qarlı hava şəraitinə görə təxirə düşən və bir gün sonra keçirilən oyun haqda fikirlərini bilmək istərdik.
- Gördüyünüz kimi ilk oyun günü hava şəraiti çox pis idi. Əgər həmin gün oynasaydıq, çətin ki, qələbə qazanardıq. Çünki biz qısa ötürmələrə üstünlük veririk. Ona görə də oyunun təxirə düşməyi bizim üçün yaxşı oldu. Oyuna gəldikdə isə rəqibi hərtərəfli üstələdik və layiqli qələbə qazandıq.
- Qarşılaşmanın təxirə düşməsinin çətinliyi də oldumu? Axı futbolçular bazar günü keçiriləcək oyuna köklənmişdilər.
- Təbii ki, bunun çətinliyini hiss etdik. Oyuna köklənirsən ancaq görüş sabaha qalır. Bu, hardasa futbolçulara da təsir edir. Ancaq baş məşqçi bizimlə lazımi söhbətlər etdi. Biz də bilirdik ki, arxayınlaşmaq olmaz. Bizə ancaq qələbə lazımdır. Başqa nəticəyə heç cürə qane ola bilmərik. Bir neçə əsas futbolçumuz zədə səbəbindən oyunu buraxmışdı. Sevindirici haldır ki, komandamız onların yoxluğunu hiss etdirmədi. Görünür artıq "İnter" tam komlektləşib.
- Qələbə sayəsində turnir cədvəlindəki möveyinizi bir qədər də yaxşılaşdırdınız. Yəqin ki, "İnter" ikincilik uğrunda mübarizə aparır.
- Əlbəttə ki, əsas hədəfimiz avroliqaya vəsiqə qazanmaqdır. Bacardığımız qədər yuxarı pilləyə qalxmaq istəyirik. Neçə illərdir ki, üçüncü çempionatı üçüncü yerdə tamamlayırıq. Bu dəfə gümüş medal üçün mübarizə aparırıq. Çempionluq üçün oynadığımızı desəm, gülməli olar.
- Qış fasiləsindən sonra meydana az-az çıxırsan...
- Bunların hamısı baş məşqçidən asılıdır. Mən hər şeyi edirəm. Gördüyünüz kimi nə vax şans versə, bacardığım qədər komandaya fayda verirəm. Baş məşqçi məni oyuna salmırsa, ona nə deyə bilərəm? Məcburam ki, oturub, şansımı gözləyim.
- Son vaxtlar zədədən əziyyət çəkirdin. Bəlkə əvvəlki formanı qaytara bilməmisən?
- Zədəm tam sağalmışdı. Ancaq bir şeyə də nəzər salmaq lazımdır ki, oynamadığım müddətdə komandamızın nəticələri pis deyildi. Yəni yaxşı irəliləyirdik. Ona görə də baş məşqçi həmin heyətə güvənirdi. Bilirsiniz ki, qalib heyəti adətən dəyişmirlər. Elə bir futbolçu deyiləm ki, meydana çıxmayanda dərhal buna etiraz edib. Başımı aşağı salıb məşqimi edirəm. Vaqif Cavadovla Ruslan Əmircanov zədəli olduğu üçün baş məşqçi mənə şans verdi. Heç vaxt istəmərəm ki, hansısa zədəli futbolçunun yerinə oynayım. Ancaq bilirəm ki, həmişə məşqçilər mənə güvənir və lazım olan məqamda oynayacağam. Şükürlər olsun ki, "Rəvan"la oyunda pis təsir bağışlamadım.
- Növbəti turda rəqibiniz "Simurq"dur. Bu komandanın çempionatda iddiası qalmadığından "İnter"ə xal verəcəyi ilə bağlı şaiyələr dolaşır. Buna münasibətin necədir?
- Bilirsiniz ki, cari mövsüm "Simurq" beş xalımızı alıb. Heç olmasa boş-boş söhbəti yayanlar bu məqama fikir versinlər. Həmin beş xalı itirməsəydik, indi çempionluq uğrunda da mübarizə apara bilərdik. Ən azından avroliqaya vəsiqəni təmin etmişdik. "Simurq"un bizə xal verəcəyini deyənlər bu komanda ilə oyunlarımızın statistikasına baxsınlar. "Simurq" öz meydanında oynayacaq. Məncə, bizi çox çətin oyun gözləyir. Ancaq avroliqaya vəsiqə qazanmaq uğrunda vacib səfər görüşündən qələbə ilə ayrılmalıyıq.
Ramiq AĞAMƏMMƏDOV
Qattuzodan qələbə şərhi
"Real" Rodri transferi üzərində işləyir
Azərbaycan millisinin məşqindən - Şəkillər
Ronaldo qayıtdı - Şəkil
"Milan"ın futbolçusu zədəsini sağaltdı
"Afrika Millətlər Kubokunun Seneqaldan alınması oğurluqdur"
"Bavariya" üçün şad xəbər
"Nəticə bizim üçün vacibdir" - Emin Mahmudov
Türkiyə millisinin oyununu yayımlayacaq kanallar
AFFA bu komandalara texniki məğlubiyyət verdi
Arteta, Hau, Moyes…
ÇL oyununa görə PSJ-nin matçı təxirə salındı
AFFA İntizam Komitəsinin qərarları
Asiya kubokunun püşkatma mərasimi təxirə salındı
Azərbaycan – Sent Lüsiya oyununun hakimləri açıqlandı
"Neymarsız dünya çempionatını təsəvvür edə bilmirəm"
Qattuzo: “Bu, karyeramın ən vacib oyunu olacaq”
"Salahın yerini doldurmaq çox çətin olacaq" - Cerrard
Azərbaycanda işləmiş məşqçi ağır xəstəliyə tutulub
UEFA-dan "Benfika"ya cəzalar
Mbappe: “Yayılan xəbərlər doğru deyil”
"Real"ın futbolçusunun derbi cəzası bəlli oldu
Dünya çempionatında stadionların boş qalmaq təhlükəsi var
"Qalatasaray"ın ulduzu "Real"a keçə bilər
Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı
"Yuventus" onu göndərməyə hazırlaşır
Seneqalın apellyasiya şikayəti qeydə alındı