Berti Foqts ABŞ millisində

Berti Foqts ABŞ millisində
ÖLKƏ FUTBOLU 31 Mart 2014 / 11:40 4308
-  A +

Amerika Birləşmiş Ştatları Futbol Federasiyası AFFA-ya müraciət edərək, bu il Braziliyada keçiriləcək dünya çempionatında Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun ABŞ yığmasının baş məşqçisi Yurgen Klinsmannın xüsusi məsləhətçisi təyin olunmasına razılıq verilməsini xahiş edib.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, dünya çempionatının təşkil olunacağı müddətdə Azərbaycan milli komandasının oyunlarının və təlim-məşq toplanışlarının keçirilməyəcəyini nəzərə alaraq AFFA müraciəti müsbət cavablandırıb.

Qeyd edək ki, ABŞ milli komandası Braziliyada keçiriləcək dünya çempionatında Almaniya, Portuqaliya və Qana yığmaları ilə birgə G qrupunda mübarizə aparacaq.

Daha çox


Son xəbərlər
26.03.26  17:39

Arteta, Hau, Moyes…

topaz banner