AFFA-dan klub prezidenti və baş məşqçiyə ağır cəza

AFFA-dan klub prezidenti və baş məşqçiyə ağır cəza
ÖLKƏ FUTBOLU 18 Mart 2014 / 13:35 2917
-  A +

Bu gün keçirilən AFFA İntizam Komitəsinin növbəti iclasında Azərbaycan birinci divizionunun oyunları da diqqətdən kənarda qalmayıb.

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən yaydığı məlumata görə, 21-ci turda baş verən hadisələrdə bağlı aşağıdakı qərarlar verilib.

Azərbaycan I Divizionunun XXI turunun “Lokomotiv” – “Mil-Muğan” matçında “Lokomotiv” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra “Mil-Muğan” klubunun baş məşqçisi Mətləb Məmmədov və məşqçisi Səbuhi Məmmədov hakimləri təhqir etdiyinə və onlara  fiziki təsir göstərməyə cəhd etdiyinə görə hər iki məşqçi 10 oyunluq cəzalanır, klub 2000 manat cərimələnib. Cəza müddəti dövründə adıçəkilən məşqçilərin “Mil-Muğan” klubunun iştirakı ilə keçirilən matçlarda stadiona girişinə qadağa qoyulur.

Azərbaycan I Divizionunun XXI  turunun “Neftçala” – “Qaradağ Lökbatan” matçında hər iki klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba 100 manat cəza kəsilib.

Oyunun 19-cu dəqiqəsində “Qaradağ Lökbatan” klubunun prezidenti Tahir Mustafayev hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klub 500 manat cərimə olunub.

Oyunun 90+3-cü dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 5 nömrəli futbolçusu Musa Rəhimov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanıb, kluba 200 manat cərimələnib.

Oyunun 90+3-cü dəqiqəsində “Qaradağ Lökbatan” klubunun  məşqçisi Nasim Əhmədov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlşadırıldığı üçün 1 oyunluq cəzalanıb, kluba 100 manat cəza tətbiq edilib.

Azərbaycan I Divizionunun XXI  turunun “Ağsu” – “Turan-T” matçında “Ağsu” klubunun 4  futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

Oyunun 7-ci dəqiqəsində “Turan-T” klubunun 12 nömrəli futbolçusu Mehman Hacıyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 20 manat cərimələnib.

Azərbaycan I Divizionunun XXI  turunun “Bakılı” – “Karvan” matçında “Bakılı” klubunun 4  futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba 100 manat cəza kəsilib.

Oyunun 85-ci dəqiqəsində “Bakılı” klubunun 94 nömrəli futbolçusu Elvin İsmayılov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Daha çox


Son xəbərlər
29.03.26  22:30

Noyer geri dönür

topaz banner