Azərbaycanın U-17 millisi Maltaya qarşı

Azərbaycanın U-17 millisi Maltaya qarşı
ÖLKƏ FUTBOLU 30 Mart 2026 / 10:06 324
-  A +

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunda bu gün son oyununa çıxacaq.

QOL.az xəbər verir ki, Aqil Nəbiyevin çalışdırdığı komanda B liqasının 2-ci qrupunda Malta millisi ilə qarşılaşacaq.

Bolqarıstanın Plovdiv şəhərindəki “Nikola Şterev - Starika İdman Kompleksi”ndə keçiriləcək matç Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Malta (1:1) və Litva millisi ilə (0:0)  heç-heçə edib. Yığma hazırda 2 xalla 4 komanda arasında 3-cü yerdədir. Xalı olmayan Malta isə sonuncudur.

 30 mart
 
14:00. Azərbaycan (U-17) – Malta (U-17)
Baş hakim
: Trpçevski Stoyanço (Şimali Makedoniya)
Plovdiv, Nikola Şterev - Starika İdman Kompleksi

Daha çox


Son xəbərlər
29.03.26  22:30

Noyer geri dönür

topaz banner