"Neftçi" klubunun müdafiəçisi Elvin Yunuszadənin Qol.Az saytına müsahibəsi
- Topaz Premyer Liqanın son turunda AZAL üzərində qələbə qazandınız. Görüş haqda fikirlərini bilmək istərdik.
- Çoxları düşünürdü ki, AZAL-la oyunumuz asan keçəcək. Ancaq mən son oyunlarda bir şeyi dərk etdim ki, asan rəqib yoxdur. Çempionatımızda getdikcə bütün komandalar bir-birinə qarşı başabaş mübarizə apara bilir. Artıq Azərbaycanda zəif və ya güclü komanda anlayışı yoxdur. Eləcə də AZAl-la oyun çox çətin keçdi. Rəqibi 2:1 hesabı ilə məğlub etsək də, sona qədər gərgin vəziyyətdə olduq. Şükürlər olsun ki, istədiyimiz qələbəni qazandıq. Öz oyunumuzla qalib gəldik. Beş oyun idi ki, belə kompakt oynamırdıq.
- Yəni artıq "Neftçi"nin böhrandan çıxdığını demək olar?
- Bəli, AZAL-la görüşdə öz oyunumuzu qaytardıq.
- Ancaq artıq "Qarabağ" "Neftçi" ilə xal fərqini ona çatdırıb. Çoxları "Qarabağ"ın çempion olacağına şübhə etmir.
- İnşallah, "Qarabağ" çempion olsa, bizə ancaq onları təbrik etmək, sevinmək düşür. Çünki "Qarabağ" bizə yaxın komandadır. Orada yaxşı dostlarımız var. Türnir cədvəlinə baxanda əlbəttə ki, çempionluğa real namizəd "Qarabağ" hesab olunur. Ancaq indidən konkret fikir səsləndirmək düzgün deyil. Üç oyunla bu fərqi aradan götürmək olar.
- "Neftçi" sanki bir qədər kölgədə qalıb...
- Hazırda ikinci pillədə biz gedirik. Əslində bizi də yaddan çıxarmaq olmaz. Mövsümün sonunu gözləyək, görək nə olur. Hər halda sona qədər mübarizə aparacağıq. Çempionatın ən son oyununa qədər ilk pillə üçün oynayacağıq. Düzdü, bu, biraz çətin görünür.
- "Neftçi" son üç ilin çempionudur. Bəlkə, "Qarabağ"da çempionluq istəyi "Neftçi"dən daha çoxdur?
- Xeyr, çempionluq elə bir uğurdu ki, hər il onun arzusunda olursan. Sanki heç çempion olmamısan. Hər bir komanda istəyir ki, hər il çempion olsun. Bir il ərzində əziyyət çəkirsən, səfərlərə gedirsən, ağır oyunlara çıxırsan. İstər-istəməz sonda bunun bəhrəsini görmək isətəyirsən.
- Sabah ölkə kubokunun 1/4 finalının cavab oyununda "İnter"lə qarşılaşacaqsınız. İlk matçda "İnter"in meydanında qeydə alınan 1:1 hesabı "Neftçi"nin işini asanlaşdırıb?
- Düzdü, bir qədər üstünlüyümüz var. İlk oyunda "İnter"ə qalib də gələ bilərdik. Ancaq nəticə bizim üçün pis deyil. Bununla belə, rahatlaşmırıq. "İnter" də Bakı komandasıdır. Yəni bizim oyunumuzda doğma meydan və ya səfər amili yoxdur. İlk oyunun nəticəsinə görə oynamayacağıq. Meydançaya ancaq qələbə üçün çıxacağıq. "İnter"də yaxşı komandadır. Rəqibə hörmətlə yanaşırıq. Maksimum ehtiyatlı olmalıyıq.
Ramiq AĞAMƏMMƏDOV
Lukaku "Napoli"dən gedir
Millətlər Kubokunun matç qaydalarına dəyişikliklər ediləcək
Noyer geri dönür
Ofsayd qərarları artıq "robot"lara həvalə olunur
İtaliya klubu tarixinin ən pis mövsümlərindən birini keçirir
Azərbaycan millisinin məşqindən - Şəkillər
“Qaradağ Lökbatan”ın 7 qollu qələbəsindən - Video
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Belarus yığması Ermənistana qalib gəldi
Xavi "Barselona"ya qayıda bilməyəcək
"Tanımadığımız rəqiblərlə oynamaq yaxşıdır" - Ayxan Abbasov
“Tottenhem” baş məşqçisini istefaya göndərdi
CAF-in baş katibi istefa verdi
Azərbaycan çempionatında mükafat qazandılar
"Qolum sınsa da, döyüşməyə davam etdim" - Tofiq Musayev
Yalnız “Quba” və “Qaradağ Lökbatan” qələbəyə sevindi
AFFA nümayəndələri RFİ-nin tədbirində iştirak ediblər
Neymar səfər matçlarından imtina etdi
UEFA-dan Babək Quliyevə yeni təyinat
"Hakimlər "Real"a kömək edir" - "Barselona"nın prezidenti
Kosovo - Türkiyə matçının hakimləri açıqlandı
Mirça Luçesku huşunu itirdi, xəstəxanaya yerləşdirildi
Karyerasının son oyununda qol vurdu
Bu şərti qəbul etsə, "Barselona"da qalacaq
Klopp “Enfild”ə qayıtdı - Video
Bu yarışda qalib Medina-Montiel cütlüyü oldu - Video
Kasemiro bu kluba keçir