Böyükağa Hacıyev: "Komandam yorğun görsənirdi"

Böyükağa Hacıyev: "Komandam yorğun görsənirdi"
ÖLKƏ FUTBOLU 12 Mart 2014 / 22:00 3106
-  A +

"Kubok oyunları adətən ağır olur, mərhələ adlamaq üçün iki oyun oynayırsan. 1-1 hesablı bərabərlik bizim xeyirimizədir. Əsas odur ki, səfər oyununda qol vurduq. Düzdür, üstünlüyü saxlaya bilmədik. Bunun əsas səbəblərindən biri də 3 gün öncə “Qəbələ” ilə səfərdə ağır oyun keçirməyimizdir. “İnter” isə bizdən bir gün öncə oynamışdı. İrəliyə nikbin baxırıq, cavab oyununda bütün suallara aydınlıq gələcək".

Qol.Az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Azərbaycan kubokunun 1/4 finalında "İnter"lə ilk oyundan (1:1) sonra deyib.

Qarşılaşma ərzində komandasının yorğun görsəndiyini vurğulayan B.Hacıyev futbolçusu Flavinyonun oyununu isə bəyənməyib:

"Flavinyonun stabil oyun göstərməyinə alışmışıq, o da insandır. Bu gün imkanlarından aşağı oynaması haqqında onunla söhbət edəcəm. Ümumilikdə komanda yorğun görsənirdi. Bir əvəzetmə ilə oyun sxemini dəyişdim. Məqsədim mərkəzi gücləndirmək idi. Bərabərlik qismət idi, səfərdə qol vurduq, məğlub olmadıq”.

Daha çox


Son xəbərlər