Mustafa Dənizli: "Penaltidən yararlana bilsəydik..."

Mustafa Dənizli: "Penaltidən yararlana bilsəydik..."
ÖLKƏ FUTBOLU 12 Mart 2014 / 18:36 3629
-  A +

"Kubok oyunlarında hədəf fərqli olur. Səfərdə oynadığımız ilk oyuna görə nəticə yaxşı sayıla bilər. Rəqibimiz birinci divizionun ən güclü komandasıdır, bir çox Premyer Liqa klubları ilə eyni gücdədir".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran" klubunun baş məşqçisi Mustafa Dənizli "Araz Naxçıvan"la kubok matçından (1:1) sonra keçirilən mətbuat konfransında deyib:

Türkiyəli mütəxəssis komandasının yarımfinala yüksələcəyinə inandığını bildirib: "Yaxşı oyun oldu, qol epizodları oldu. İlk hissədə 11 metrlik cərimə zərbəsindən istifadə edə bilsəydik, hesab başqa cür ola bilərdi. Hər halda yarımfinala vəsiqəni ev oyununda həll edəcəyimizə inanıram. Hakimlə bağlı heç nə demirəm. Hakimlər də səhv edə bilər.

Epizodları çox yaxşı izləmədən nəsə demək düzgün deyil. Oyun qaydalarını yaxşı bilirəm, amma 20 ildir ki, hakimliklə bağlı heç nə danışmıram. Həmişə hakimlərə dəstək olmağa çalışmışam, həm lehimizə, həm də əleyhimizə səhvlər ola bilər. Hakim haqqında düşüncələr bizim üçün ikinci plandadır. Kubokda yolumuzu davam etdirəcəyik. Sürpriz nəticə olmaması üçün cavab oyununda var gücümüzlə oynayacağıq”.

Daha çox


Son xəbərlər