Rövnəq Abdullayev: "Foqtsun əlinin bura nə dəxli var?"

Rövnəq Abdullayev: "Foqtsun əlinin bura nə dəxli var?"
ÖLKƏ FUTBOLU 12 Mart 2014 / 16:30 2408
-  A +

AFFA-nın prezidenti Rövnəq Abdullayev UEFA Futzal Kubokunda “4-lər finalı”nın püşkünün nəticəsini dəyərləndirib.

R. Abdullayev Lent.az-a açıqlamasında Azərbaycan təmsilçisi “Araz”ın bəxtinə İspaniya “Barselona”sının düşməsini normal qarşıladığını bildirib.

“Bütün komandalar bir-birilərinə rəqib ola bilərdilər. “Barselona” ilə əvvəl, yoxsa sonra oynamağın fərqi yoxdur. Komandamıza uğurlar arzulayıram”.

O, “Sizcə, püşkü çəkən Berti Foqtsun əli düşərli oldu?” sualını isə gülərək, “Foqtsun əlinin bura nə dəxli var?” deyə cavablandırıb.

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə