Sabah Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab qarşılaşmaları çərçivəsində Sofiyada “Bakı”nı qəbul edəcək “Levski”nin baş məşqçisi Retko Dotaniç oyunqabağı mətbuat konfransı keçirib. Hazırda Sofiya şəhərində olan Qol.Az-ın müxbiri ən son xəbərləri çatdırır.
- Zədələnən Darko Tasevskinin vəziyyəti necədir?
- Hazırda onun vəziyyəti yaxşıdır. Artıq iki gündür ki, özünü yaxşı hiss edir. O dünən komandayla birgə məşq etməyə başladı. Biz inanırıq ki, sabah o meydana çıxacaq.
- Bəs İvanov və Qadjevin zədələri nə yerdədir?
- Onlar da “Liteks”lə matçda zədələndilər. Bu da təbii ki. bizim üçün mənfi haldır.
- Qadjevi kim əvəzləyəcək?
- Onun zədələnməsinə görə çox təəssüflənirəm. Amma unutmayın ki, “Levski”də hər zaman güclü futbolçular oynayıblar. Ona görə də mən inanıram ki, onu əvəzləyəcək futbolçumuz da etimadı doğruldacaq
- Start heyətini artıq müəyyənləşdirmisiniz?
- Sabahkı heyətimiz məlumdur. Lakin indi onu açıqlaya bilmərəm.
- Şansları necə dəyərləndirərdiniz?
- “Bakı” ilk matçda gözəl oynadı. Hamı gördü ki, rəqibimiz necə güclüdür. Bununla belə, şansımız var. Amma biz öz azarkeşlərimizə də inanırıq. Ən çətin anlarımızda, bəzən meydanda 10 və ya 9 nəfərlə qalanda belə onlar bizim yanımızda olublar və inanıram ki, sabah da belə olacaq.
- İlk matçda hakimlik məsələsi ən çox müzakirə olunan mövzu idi. Sizcə, sabah necə olacaq?
- Mən hakimliyi şərh etmək istəmirəm. Bu jurnalistlərin işidir. “Levski”nin siyasəti belədir ki, biz hakimliyi heç vaxt şərh etmirik.
- Azarkeşlərin “Levski” hücuma” şuarı çox məşhurdur. Sabah buna şahid olacağıq?
- Biz də çalışacağıq ki, hücum futbolu oynayaq. Qələbə qazanmaq isə əsas vəzifəmizdir.
- Komandanın fiziki gücü 120 dəqiqə oynamağa imkan verəcək?
- Hə, çünki bizim başqa variantımız yoxdur. Biz 90, lazım olsa 120 dəqiqə belə, meydanda dayanmalıyıq.
- Siz ilk dəqiqələrdən hücuma atılacaqsınız?
- Bu sualı Coko Haciyevskiyə verin.
- Komandanın sabahkı oyunda əsas məqsədi nə olacaq?
- “Levski” hər zaman qələbə üçün oynayır. Sabah da buna şahid olacaqsınız.
- “Bakı”nın sabahkı uğurlu nəticəsi sizin klubdakı gələcək fəaliyyətinizə təsir edə bilər?
- “Levski” ənələrə malik olan klubdur. Bizim klubda bir oyuna görə məşqçi dəyişdirmilər. Mən də bura gələrkən qarşıma vəsifə qoyulub ki, hər oyuna qaləbəylə çıxaq.
- Bakıya gələrkən oyundan qabaq daha iddialı danışırdız. “Bakı” haqda fikriniz nə dərəcədə dəyişdi?
- Mən sizinlə razı deyiləm. Çünki Bakıya gələrkən bilirdik ki, rəqibimiz çox güclüdür. Yaxşı futbolçuları var. Bizi çətin oyun gözləyir. Elə indi də həmin fikirdəyəm. Heç kim özünü aldatmasın ki, sabah bizik asan oyun gözləyir.
- Şansları necə dəyərləndirərdiniz?
- Bir qədər bizim üstünlüyümüz var ki, biz evdə oynayırıq.
- Penaltiləri vuracaq oyunçularınızı artıq müəyyənləşdirmisiniz?
- Bunu hər bir məşqçi əvvəlcədən bilir. Amma çalışmalıyıq ki, cütün taleyi penaltilərə qalmasın.
- Sizcə Coko Haciyevski sürpriz edə bilər?
- Əlbəttə ola bilər.
- Sabahkı oyun birincidən nə ilə fərqlənəcək?
- Hazırda futbolçularımıın durumunu daha yaxşı bilirəm. Bütün ölkə də bizdən qələbə gözləyir,
- Deyirsiniz ki, bütün ölkə sizin qələbənizi istəyir. Amma ÇSKA-nın azarkeşləri “Bakı”nı dəstəkləyəcəklərini bildiriblər...
- Bunu sabah görəcəyik.
Sarri qovula bilər
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi
"Finalissima" matçı "Real"ın stadionunda keçiriləcək?
"Mançester Siti"nin futbolçusu La Liqaya keçə bilər
"Real"ın penaltisini dəf edən qapıçı hakimə nə deyib?
“Şəfa” klubunda yeni təyinat
"Baku Sportinq" və "Səbail"dən qələbə
Azərbaycan millisi 0:11 hesabı ilə uduzdu
Qrem Potterlə müqavilə uzadıldı
"Futbolçularım çaşqınlıq içindədirlər"
"Karvan-Yevlax"ın üç legioneri milliyə çağırıldı
"PSJ bununla kifayətlənməyəcək"
Sarı vərəqəni qəsdənmi alıblar? - UEFA cəzalandıra bilər
"Siz "Real"ın uşaq bağçası olduğunu düşünürsünüz"
Azərbaycanı Avropa Açıq Turnirində təmsil edəcək cüdoçular