"İnter" klubunun qapıçısı Səlahət Ağayev Qol.Az saytına müsahibə verib. Milli komandamızın üzvü Antalya toplanışından, çempionatdakı şanslarından və gələcək karyerası haqda danışıb.
- Komandanız 20 gün ərzində Antalyada təlim-məşq toplanışında oldu. Hazırlıqlar haqqında fikirlərini bilmək istərdik.
- Məncə, yaxşı hazırlıq keçdik. Formamızı qorumaq, bərpa etmək üçün gündə iki dəfə məşq edirdik. Altı yoxlama oyununda qüvvəmizi sınadıq. Düşünürəm ki, bu altı oyunun bizə çox faydası oldu. Çünki komandada olan boşluqlar aşkar edildi və daha çox nəyin üzərində işləməli olduğumuzu bildik. Qarşıda bizi çətin oyunlar gözləyir. Ona görə də çalışmalıyıq ki, yüksək səviyyədə hazırlaşdığımız kimi çempionatın oyunlarında da məsuliyyətli olaq.
- Altı yoxlama oyunundan ikisində qalib gəldiniz...
- Bizim üçün bu görüşlərdə nəticə və rəqib önəmli deyil. Əsas odur ki, oyun təcrübəmiz olsun. Təbii ki, biz də hər bir komanda kimi meydandan qələbə ilə ayrılmaq istəyirik. Bəlkə də ilk oyunda Hollandiya klubuna 8:0 hesabı ilə qalib gəlməyimiz oyunların nəticəsinə marağı azaltdı. Rəqiblərimizin dördü güclü idi, ikisi isə nisbətən zəif. Baş məşqçimiz bu yoxlama oyunlarında əsasən eksperment apardı, baxışa gələn yeni oyunçuları sınaqdan keçirdi.
- "İnter" çempionata yaxşı başlamasa da, qış fasiləsinə yaxın inamlı çıxışları ilə yadda qaldı. Çempinatın ikinci yarısında da həmin tempi saxlamaq mümkün olacaq?
- Bizim də əsas məqsədimiz odur ki, sabit çıxışımız qoruyub-saxlayaq. Ən önəmlisi odur ki, komandamız artıq öz oyunu tapıb. İkinci dövrənin son oyunlarında yaxşı təsir bağışlayırdıq. İndi bir qədər də artırmalıyıq. Çünki tək biz yox, bütün rəqiblərimiz çempinatın ikinci yarısına iddialı başlayacaq.
- Son uğurlu oyunlar iddianızı artırıb?
- Əlbəttə, bu gün bir qələbə komandaların turnir cədvəlindəki yerində böyük dəyişiklik edir. Çempionatın əvvəlində nisbətən yuxarı pillələrdə qərarlaşmaq istəyirdiksə, indi artıq daha iddialıyıq.
- İndi hansı yeri özünüz üçün hədəf seçmisiniz?
- "İnter" klubu yarandığı gündən çempionluğa oynayıb və çox vaxt ən azı ikinci-üçüncü yerləri tutub. Bu il də məqsədimiz odur ki, medalçılar sırasına düşək.
- Ancaq "Qarabağ", "Qəbələ" və "Neftçi"nin şanslarını yüksək qiymətləndirirlər, "İnter"in isə adını çəkən azdır.
- "Qarabağ" və "Qəbələ" də yaxşı komandadır. Ancaq "İnter" də onlardan geri qalmır. İnşallah zaman göstərəcək ki, hansı komanda daha güclüdür.
- Son vaxtlar "Qəbələ"yə keçmək istəməyinlə bağlı xəbərlər yayılmışdı...
- "Qəbələ"dən mənə təklif gəlmişdi. Ancaq mənim "İnter"lə müqaviləm var. Neçə illərdi bu komandada çıxış edirəm, bu klubun yetirməsiyəm. Ona görə də heç yerə getmək fikrim yoxdur.
- Müqavilən başa çatanda "Qəbələ"yə keçidin baş tuta bilər?
- Bu ilin yayına qədər "İnter"dəyəm. Müqaviləm bitsə belə, komandadan getmək fikrim yoxdur. Yəni "İnter" qalmağımı istəsə, karyeramı burda davam etdirəcəm.
Ramiq AĞAMƏMMƏDOV
Luçeskunun ürəyi tutuldu
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi