"Xəzər Lənkəran" makedoniyalı Deyan Blajevskini heyətinə cəlb edib.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, futbolçu ilə növbəti mövsümün sonuna qədər müqavilə imzalanıb.
Hücumda və yarımmüdafiənin solunda çıxış edən 28 yaşlı Blajevski peşəkar yoluna yerli "Pelister"də başlayıb. 2008-ci ildən etibarən futbolçunun karyerasında Yunanıstan dönəminə start verilib. "Asteras", "Veria" və "Pierikos"da çıxış etdikdən sonra, Deyan ölkəsinin "Turnovo" klubu ilə müqavilə imzalayıb.
Bu komandada iki ilə 40 qola imza atan futbolçu, hazırkı mövsümün ilk yarısından sonra Makedoniya çempionatının bombardirlər siyahısına başçılıq edir (19 qol). Makedoniya milli komandasının heyətində iki oyun keçirmiş Blajevski, burada da bir dəfə fərqlənməyi bacarıb.
Xatırladaq ki, “Xəzər Lənkəran” cari qış transfer pəncərəsində bundan əvvəl Slavik Alxasov, Orxan Əliyev, Vyekoslav Tomiç və Tyeqo de Jesusun keçidini rəsmiləşdirmişdi.
Luçeskunun ürəyi tutuldu
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi