Böyükağa Hacıyev: "Qoy, bizi yoxlama oyunlarında məğlub etsinlər"

Böyükağa Hacıyev: "Qoy, bizi yoxlama oyunlarında məğlub etsinlər"
ÖLKƏ FUTBOLU 27 Yanvar 2014 / 00:35 3051
-  A +

“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev Polşanın “Şlonsk” klubu ilə keçirilən yoxlama oyunundan sonra klubun rəsmi saytına açıqlama verib.

Qol.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis  oyun və ümumi hazırlığın yekunu ilə bağlı danışıb:

“Təlim-məşq toplanışında son oyunumuz idi. Buna görə əsasən gəncləri sınamaq istəyirdim. Nəticənin önəmli olmadığı bir görüşdə demək olar ki, gənclərin hamısına şans verdim. Nəticə bizi marahat eləmir, buna görə məyus deyilik, çünki bu bir yoxlama oyunu idi. Gəncləri yoxlama oyununda da sınamayıb, nə vaxt sınayacam?! Biz təlim-məşq toplanışının yekunlarından nəticə çıxarıb, səhvlərimiz üzərində işləyəcəyik. Rəqibə gəlincə, “Şlonsk” yaxşı komandadır. Qoy, bizi də məğlub etsinlər, yalnız yoxlama oyunlarında. “Neftçi”ni rəsmi matçlarda fərqli oyun göstərib, qələbə qazanacaq”.

Daha çox


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner