"Qəbələ" klubunun seneqallı futbolçusu İbrahima Niasse Qol.Az-ın Antalyaya ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.
- Artıq Antalya təlim-məşq toplanışı yekunlaşmaq üzrədir. Hazırlıqla bağlı fikirlərini öyrənək...
- Hazırlığımız normal davam edir. Hər gün iki ağır məşq keçir və üzərimizdə çox çalışırıq. Artıq burada sonuncu həftəmizdi və vaxtımıza az qalıb. Ona görə bütün diqqətimizi çempionatın qarşıdakı oyunlarına yönəltmişik.
- Bu gün artıq Antalyada son yoxlama matçına çıxacaqsınız. Bildiyimiz kimi yoldaşlıq görüşlərində nəticə önəmli olmur. Lakin Topaz Premyer Liqanın ikinci yarısına yüksək əhval ruhiyyədə başlamaq baxımından "Torpedo" ilə bugünkü yoxlama matçında qazanılacaq qələbə sizin üçün nə dərəcədə əhəmiyyətli olacaq?
- Təbii ki, qələbə hər oyunda bizim üçün önəmlidir. Bu baxımdan "Torpedo" ilə oyunda da qələbə qazanmaq vacibdir. Lakin bizim üçün ən vacib görüş Topaz Premyer Liqanın ikinci yarısında qarşılacağımız "Sumqayıt"la oyun olacaq. Bu görüşdə qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- Necə düşünürsən, komandan çempionatın ikinci yarısına hazırdırmı?
- Bu suala cavab vermək çətindir. Məncə, bu barədə baş məşqçimiz daha ətraflı danışa bilər.
- Baş məşqçi Yuri Syomin bəzi yoxlama görüşlərində səni dayaq yox, mərkəz müdafiəçisi mövqeyində oynadır. Bu mövqedə çıxış etmək sənə hansısa çətinlik yaratmır ki?
- Xeyr. Mənim üçün mövqe önəmli deyil və bu mənə heç bir çətinlik yaratmır. Baş məşqçi hansı mövqedə şans versə, orada da oynamağa hazıram.
- Bəs sənin üçün hansı mövqedə oynamaq daha rahatdır?
- Təbii ki, dayaq yarımmüdafiəçi kimi oynamaq daha rahatdır.
- Komandanın mövsümün ilk yarısındakı çıxışını necə dəyərləndirirsən?
- İlk yarıda yaxşı çıxış etdik. Artıq ikinci pillədə qərarlaşmışıq. Liderdən cəmi bir xal geri qalırıq. Bu mənada hazırkı mövqeyimizi yüksək qiymətləndirirəm. Qarşıdakı oyunlarda da mümkün qədər çox qələbə qazanmağa və ən azı avrokubolara vəsiqəni təmin etməyə çalışacağıq.
- Çempionluq yolunda hansı komandaları özünüzə rəqib görürsən?
- Bu mövsüm çempionatda 10 komanda mübarizə aparır. Bütün klublara qarşı oynamaq çətindir. Lakin 6-7 komanda var ki, onlarla rəqabət aparmaq elə də asan olmayacaq. Həmin klublardan "Qarabağ", "Neftçi", "İnter", "Bakı" və "Xəzər Lənkəran"ın adını çəkə bilərəm.
- Artıq üç mövsümdür ki, Azərbaycan çempionatında top qovursan. Hansısa dəyişikliklərin olduğunu söyləmək olarmı?
- Dəyişiklik deməzdim. Sadəcə onu deyə bilərəm ki, Azərbaycan çempionatının səviyyəsi ildən-ilə yüksəlir. Elə bir çox klublarda bunu görmək mümkündür.
- "Qəbələ" bu mövsüm çempionluq uğrunda mübarizə aparsa da, komanda azarkeş dəstəyinin azlığından əziyyət çəkir. Bu, sizin oyununuza nə dərəcədə təsir edir?
- Təbii ki, stadionda azarkeş sayı nə qədər çox olarsa, bir o qədər yaxşı olar. Çünki azarkeşlərin çox olması istənilən futbolçunu yaxşı motivasiya edir. Lakin azarkeş sayının az olması da mənim oyunuma təsir etmir. İstənilən halda mən meydanda komandamın qələbəsi üçün əlimdən gələni edirəm.
- Səncə, komandanın mövsümün sonunda mükafatçılar sırasına düşməsinə nə mane ola bilər?
- Hər kəs bilir ki, "Qəbələ"nin çox yaxşı futbolçuları var. Mövsümün sonunda mükafatçılar sırasına düşmək üçün əlimizdən gələni etməliyik və daha çox çalışmalıyıq.
Vüsal HÜSEYN, Antalya
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Messinin DÇ-2026-da iştirakı sual altındadır
Premyer Liqanın ən yaxşı oyunçusu seçildi
Qattuzo istefaya göndərildi
"Turan Tovuz" - "Zirə": Heyətlər
Arteta İngiltərədə ən yaxşı məşqçi seçildi
Luçeskunun ürəyi tutuldu
"Fənərbaxça"nın futbolçusu azadlığa buraxıldı
Harri Keyn sabah oynamayacaq
FİFA finala biletlərin qiymətini kəskin artırdı
Lukas Peresin yeni klubu məlum oldu
Azərbaycan futzal millisinin heyəti açıqlandı
AFFA prezidentindən Qurban Qurbanovla bağlı açıqlama
Cahangir Həsənzadə AFFA-dakı vəzifəsindən ayrılır
Azərbaycanda ən çox azarkeş toplayan komandalar açıqlandı
UEFA Azərbaycan klublarına nə qədər maliyyə vəsaiti ayırıb?
Rövşən Nəcəf Ayxan Abbasovun işinə qiymət verdi
"O stadion təmirə bağlanır" - Cahangir Fərəcullayev
İllik gəlir 61 milyon manat olub - AFFA açıqladı
AFFA-nın Hesabat Konfransı keçirilir
Del Pyero İtaliya millisi haqda - "Bu, rüsvayçılıqdır"
AFFA-da klublar üçün seminar
Ronaldo hazırdır
İtaliya millisinin baş məşqçisi vəzifəsinə 3 əsas namizəd
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video