“Bakı” qələbəni əldən verdi

“Bakı” qələbəni əldən verdi
ÖLKƏ FUTBOLU 24 Yanvar 2014 / 21:20 6173
-  A +

İspaniyada təlim-məşq toplanışında olan “Bakı” bu gün növbəti və sonuncu yoxlama oyununa çıxıb. Qol.Az-ın xəbərinə görə, Milinko Pantiçin komandasının rəqibi Kiyevin “Dinamo” klubunun futbolçuları olub. Qarşılaşmada hesabı "Bakı" açsa da, üstünlüyünü sona qədər davam etdrə bilməyib. Görüş 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, hazırda “Dinamo” Ukrayna Premyer Liqasında üçüncü yeri tutur.

Xatırladaq ki, İspaniyadakı hazırlıq prosesi çərçivəsində “Bakı” indiyədək keçirdiyi üç yoxlama oyununun hamısında (“Styaua”, Rumıniya – 2:0, “Laçi”, Albaniya – 4:0 və "Real Balompedika Linense", İspaniya – 1:0) qələbə qazanıb.

19.30. “Bakı” – “Dinamo” (Kiyev) - 1:1
Qollar: Hüseynov, 36-pen (1:0), İdeye, 89 (1:1)

Daha çox


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner