“Fənərbaxça” 100 rəsmi oyunun 99-da “Neftçi”yə qalib gələr”

“Fənərbaxça” 100 rəsmi oyunun 99-da “Neftçi”yə qalib gələr”
ÖLKƏ FUTBOLU 22 Yanvar 2014 / 14:31 4560
-  A +

Türkiyəli mütəxəssis Mehmet Ak bir vaxtlar məşqçisi olduğu “Neftçi”nin Antalyada “Fənərbaxça” ilə keçirdiyi yoxlama oyununa (0:0) münasibət bildirib.

Qol.Az-ın xəbərinə görə, “TRT Avaz” telekanalında yayımlanan futbol verilişində o deyib ki, görüşün heç-heçə yekunlaşması kimsəni aldatmamalıdır.

“Fənər”lə “Neftçi” 100 rəsmi oyunda qarşılaşsa, 99-da İstanbul klubu qələbə qazanar. Düzdür, yoxlama oyununda “Neftçi” heç-heçə etdi, hətta qalib də gələ bilərdi. Amma bu komandalar arasındakı səviyyə fərqi çox böyükdür. “Fənərbaxça”nın həm potensialı, həm də futbolçularının ustalıq səviyyəsi yüksəkdir” – deyə o bildirib.

Mehmat Akın fikrincə, görüşün heç-heçə yekunlaşması “Fənərbaxça”nın təlim-məşq toplanışının sonuncu günü ilə əlaqədar ola bilər: “Təbii ki, komandada yorğunluq vardı və böyük ehtimalla, bu, nəticəyə də təsir etdi. Amma “Neftçi”nin mübarizə əzmini də qeyd etmək lazımdır”.

Daha çox


Son xəbərlər