"Qarabağ" Albaniya klubuna məğlub oldu

"Qarabağ" Albaniya klubuna məğlub oldu
ÖLKƏ FUTBOLU 22 Yanvar 2014 / 21:23 8710
-  A +

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu bu gün növbəti yoxlama matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, Ağdam təmsilçisi hazırda Albaniya yüksək liqasının beşinci pilləsində qərarlaşan "Flamutari" klubu ilə qarşılaşıb. Qarşılaşmada "Qarabağ" 24-cü dəqiqədə Reynaldonun qolu ilə hesabı açsa da, bu üstünlüyünü sona qədər qoruya bilməyib. Görüş Albaniya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Qurban Qurbanovun komandası ilk yoxlama oyununda Rumıniyanın "Dinamo" (Buxarest) klubu qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Təmsilçimizin digər oyunları yanvarın 23-ü və 25-də baş tutacaq.






22 yanvar

Yoxlama oyunu

19:30."Qarabağ"  (Azərbaycan) - "Flamutari" (Albaniya) - 1:2
 Qol:
Reynaldo, 24 (1:0)

Daha çox


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner