Millimiz turniri 13-cü pillədə başa vurdu

Millimiz turniri 13-cü pillədə başa vurdu
ÖLKƏ FUTBOLU 11 Yanvar 2014 / 16:17 3490
-  A +

FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI ənənəvi beynəlxalq turnirdə 1996-97-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan millisi bu gün son oyununa çıxıb.

Qol.Az-ın məlumatına görə, 13-cü yer uğrunda mübarizədə komandamız Belarusla qarşılaşıb.

Daha öncə Latviyanı məğlub (pen: 4:1) edərək bu mərhələyə adlayan yığmamız növbəti dəfə penaltilər seriyasında sevinən tərəf olub. Əsas vaxtı 1:1 hesabı ilə bitən görüşdə penaltilər seriyasına ehtiyac duyulub ki, burada daha dəqiq oynayan millimiz turniri 13-cü pillədə başa vurub - 4:2.  

Xatırladaq ki, millimiz qrup mərhələsinin ilk matçında Yunanıstanla sülh Xatırladaq ki, turnir çərçivəsində yığmamız ilk oyununu yanvarın 4-də Yunanıstan komandasına qarşı keçirib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Futbolçularımız ikinci qarşılaşmada çexiyalı həmyaşıdlarına 0:2 hesabı ilə məğlub olub. Son görüşündə Yaponiyaya 1:4 hesabı ilə uduzan millimiz qrupu 4-cü pillədə başa vurub.





11 yanvar

14:15. Belarus – Azərbaycan - 1:1 (Penaltilər seriyası - 2:4)

Daha çox


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner