Sabah "Neftçi"yə baş məşqçi təyin olunacaq

Sabah "Neftçi"yə baş məşqçi təyin olunacaq
ÖLKƏ FUTBOLU 10 Yanvar 2014 / 20:13 3753
-  A +

Bir neçə gün əvvəl Nazim Süleymanovla yolları ayıran "Neftçi"nin yeni baş məşqçisinin adının nə zaman açıqlanacağı müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, sabah paytaxt təmsilçisinə yeni çalışdırıcı təyin olunacaq.

Boş qalmış bu posta klubun keçmiş baş məşqçisi Böyükağa Hacıyevin gətiriləcəyi gözlənilir. Onun köməkçiləri Ruben Selles və Neboyşa Monoyloviçlə yanaşı, Samir Əliyev və Bəxtiyar Musayev olacaqlar.

Qeyd edək ki, B.Hacıyev ötən ilin iyul ayında Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniya “Skenderbeu”suna məğlubiyyətin ardından istefa vermişdi.55 yaşlı mütəxəssis daha sonra klub prezidenti Sadıq Sadıqovun müşaviri vəzifəsinə gətirilmişdi.

Daha çox


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner