“Bakı” - “Levski” oyununun gərginliyini üzərimizdən atmamış, bu gün yenidən ürəyimiz 90 dəqiqə futbolla döyünəcək. Ağdamın işğal günü “Rusenborq”u Bakıda “dəfn edən” “Qarabağ” növbəti dəfə tarix yazmaq üçün meydana çıxacaq.
Bu, “Qarabağ”ın Finlandiyaya ikinci səfəridir. İlk səfər zamanı artıq komandamız Skandinaviya ölkəsində tarix yazmağı bacarıb. Xatırlayırsınızsa, Kuboklar Kubokunda “Müpa-47” ilə qarşılaşan təmsilçimiz Azərbaycan futbol tarixində ilk dəfə olaraq səfərdən məğlubiyyətsiz döndü. Bəxtiyar Musayev isə səfərdə vurulan ilk qolumuzun müəllifi oldu. Düzdür, həmin vaxt səfərdə son saniyələrdə qələbəni əldən vermişdi “Qarabağ”. Amma bu dəfə uğurlu nəticə qazanacağımıza inam böyükdür. Bunun bir neçə səbəbi var.
Birincisi ona görə ki, “Qarabağ” da ruh yüksəkliyi əla səviyyədədir. Çünki komandamız bir həftə öncə “Rusenborq” kimi “əjdaha”nı diz çökdürüb. Çoxları hətta püşkatmadan dərhal sonra “Qarabağ”ın kitabı bağlandı” deyirdi. Amma komandamız sübut etdi ki, kağız üzərində kimsə favorit göstərilə bilər. Meydanda isə qələbə qazanmaq üçün vuruşmaq, ürəklə oynamaq lazımdır.
İkincisi ona görə ki, psixoloji üstünlük “Qarabağ”ın tərəfindədir. Finlandiya klubunun baş məşqçisi hər dəfə əlinə imkan düşəndə əbəs yerə vurğulamır ki, “Unutmayın, “Qarabağ” “Rusenborq” kimi komandanı mübarizədən kənarlaşdırıb”. O da yaxşı anlayır ki, “Qarabağ” asan yem deyil. “Honka” üçün də təmsilçimizin çıxışı böyük maraq doğurur. “Qarabağ”ın məğlub etdiyi, mübarizədən kənarlaşdırdığı komandanın qarşısında “Rusenborq” adının yazılması istər-istəməz “Honka”lıları həyəcanlandırır.
Üçüncüsü də ki, futbolçular və məşqçi, eləcə də rəhbərlik arasında qarşılıqlı anlaşma və birlik var komandada. Bütün bunlar isə futbol mütəxəssislərinin də dediyi kimi, “Qarabağ”ın növbəti mərhələyə keçməsinə böyük ümid yaradır.
Bu gün hamımızın ürəyi sənin üçün döyünəcək “Qarabağ”. İnanırıq ki, iki həftə əvvəl olduğu kimi sabah da vətənə başıuca dönəcəksən. Haydı “Qarabağ”, irəli! Finlandiyada daha bir tarix yaz!
VÜSAL
Sarri qovula bilər
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi
"Finalissima" matçı "Real"ın stadionunda keçiriləcək?
"Mançester Siti"nin futbolçusu La Liqaya keçə bilər
"Real"ın penaltisini dəf edən qapıçı hakimə nə deyib?
“Şəfa” klubunda yeni təyinat
"Baku Sportinq" və "Səbail"dən qələbə
Azərbaycan millisi 0:11 hesabı ilə uduzdu
Qrem Potterlə müqavilə uzadıldı
"Futbolçularım çaşqınlıq içindədirlər"
"Karvan-Yevlax"ın üç legioneri milliyə çağırıldı
"PSJ bununla kifayətlənməyəcək"
Sarı vərəqəni qəsdənmi alıblar? - UEFA cəzalandıra bilər
"Siz "Real"ın uşaq bağçası olduğunu düşünürsünüz"
Azərbaycanı Avropa Açıq Turnirində təmsil edəcək cüdoçular
Raulun rekordu qırıldı
"Bayer"'ə qol vurdu, "məni bağışla!" dedi
Misli Premyer Liqasında 24-cü turun hakimləri açıqlandı
"1:7 uduzan məşqçidən nə hərəkət gözləyirsiniz?"
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
"Üç qardaş eyni liqadayıq, xoşbəxtik" - Coy Lens Mikels
Arda-Haaland mübarizəsi yenə gündəm oldu - Video