Bu gün Topaz Premyer Liqada 16-cı turun oyunların start verilib.
Qol.Az-ın məlumatına görə, turun bütün görüşləri bu günə nəzərdə tutulub.
Turun açılış matçı Qəbələdə keçirilib. Burada yerli komanda "Simurq"u sınağa çəkib və 2:1 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin hücumçusu Daniel Subotiç oyunun qəhrəmanına çevrilib. Belə ki, hesabı açan isveçrəli oyunçu həm də son saniyələrdə komandasının qələbə qolunu vurub.
Turun digər oyununda AZAL öz meydanında "Rəvan"la münasibətlərinə aydınlıq gətirib. Drammatik oyunda Şahin Diniyevin komandası 90 dəqiqə 1:0 hesabı ilə öndə olsa da, AZAL-ın futbolçusu Şəhriyar Rəhimov 90 və 90+3-cü dəqiqələrdə vurduğu 2 qolla komandasına qələbə qazandırıb - 2:1.
Paytaxtın digər təmsilçisi "Bakı" klubu bu tur Sumqayıta səfər edib. Görüş paytaxt klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Günün maraq doğuran oyunlarından biri "Şəfa" stadionunda keçirilib. Burada "İnter" və "Xəzər Lənkəran" komandaları üz-üzə gəlib. Qarşılaşmada hesab açılmayıb. Qeyd edək ki, bu matç "Xəzər Lənkəran" klubunun baş məşqçisi Mustafa Dənizlinin Topaz Premyer Liqada debüt oyunu olub.
Turun mərkəzi görüşü isə "Qarabağ" və "Neftçi" komandaları arasında baş tutub. Tofiq Bəhramov adına respublika stadionunda keçirilən görüşdə qələbə qazanacaq komanda turu lider kimi başa vuracaqdı ki, bunu da Ağdam təmsilçisi bacarıb. Azərbaycan çempionatının derbisi hesab olunan matç "Qarabağ"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
8 dekabr ( bazar)
Topaz Premyer Liqa, 16-cı tur
18:00. “Qarabağ” – “Neftçi” - 3:1
Qollar: Reynaldo, 6 (1:0), Kardoso, 55 (1:1), Reynaldo, 57 (2:1), Çumbinyo, 74-penal (3:1)
Hakimlər: Vüsal Əliyev, Namiq Hüseynov, Vaqif Musayev, Mahir Məmmədov
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Ramil Diniyev
Tofiq Bəhramov adına Respublika stadionu.
14:00. “Qəbələ” – “Simurq” - 2:1
Qollar: Subotiç, 51 (1:0), Amit Quluzadə, 64-avtoqol (1:1), Subotiç, 90+3 (2:1)
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Munis Abdullayev, Nail Nağıyev
Qəbələ şəhər stadionu.
16:00. AZAL – “Rəvan” - 2:1
Qollar: Hüseyn Axundov, 50 (0:1), Şəhriyar Rəhimov, 90 (1:1), 90+3 (2:1)
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Coşqun Həsənov, Sərxan İsmayılov
“AZAL Arena” stadionu.
17:00. “İnter” – “Xəzər Lənkəran” - 0:0
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Ömər Paşayev
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, İnqilab Məmmədov
“Şəfa” stadionu.
17:00. “Sumqayıt” – “Bakı” - 1:2
Qollar: Mario Alvarez, 5 (0:1), Kalonas-penal, 50 (0:2), Mario Alvarez-avtoqol (1:2)
Hakimlər: Rauf Cabbarov, Rza Məmmədov, Nahid Əliyev, Tahir Əhmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança.
Turnir cədvəli
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"
Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi
Birinci liqada ilk tura yekun vuruldu
"Kəpəz" - "Şamaxı": Heyətlər
Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
39 yaşlı Vardi yenidən Premyer Liqada oynaya bilər
"Qəbələ" - "İmişli" : Heyətlər
“Mançester Yunayted”in ÇL üçün heyəti açıqlandı
“Mançester Yunayted”in Çempionlar Liqası üçün heyəti
Avropada 16 klub üçün ilk - “Sabah” da siyahıdadır
“Liverpul”un yeni transferi kimdir?
“Mahir bu gün bizim ən yaxşı oyunçumuzdur" - Ayxan Abbasov
"Neftçi"dən ayrılan Piriç bu kluba keçdi
İsveçrə millisinin üzvü "Torino"da
Türkiyəli mütəxəssis Azərbaycan millisindən getdi
"Sabahın Ulduzları": 8-ci tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Taliska "Fənərbaxça"dan getdi
UEFA-dan azarkeşlər üçün yeni mövqe
Muradın komandası Superkubokun qalibi oldu
Millinin oyunçusu 31 yaşında karyerasını bitirdi
Mahir dayanmır. Yenə qol vurdu! - Video
Argentina Messiyə belə vida edəcək
“Qalatasaray” Çempionlar Liqası üçün heyətini açıqladı
"Arsenal"dan ərəb klubuna keçdi
"Zirə" bu dəfə braziliyalı futbolçu ilə gücləndi
ÇL matçlarını göl mənzərəli stadionda keçirəcəklər
"Mourinyo “Real”ı çox yaxşı tanıyır"
"Karvan-Yevlax"ın böyükhesablı qələbəsindən - Video
Oyun şansı qazanmasa, klubdan gedəcək
"Karvan-Yevlax" və “Şahdağ Qusar” mövsümə qələbə ilə başladı
“Fənərbaxça” UEFA-nın hədəfində - Araşdırma aparılır