"Qəbələ" klubunun baş məşqçisi Yuri Syomin dünən atılan "DÇ-2014"ün püşkünü dəyərləndirib.
Qol.Az-ın məlumatına görə, Rusiya mətbuatına danışan təcrübəli mütəxəssis ölkəsinin yığmasının düşdüyü qrupun elə də çətin olmadığını bildirib:
"Püşkün nəticəsini normal saymaq olar. Ümumiyyətlə dünya çempionatında zəif komanda olmur. Ancaq yenə də qrupumuzda ən zəif rəqib kimi Əlcəzairi göstərmək olar. Hər şey Rusiya millisinin turnirə hazırlığından asılı olacaq.
Belçika millisi güclü rəqibdir. Onların püşkdən öncə I səbətdə yer almaları bunu deməyə əsas verir. Bir neçə il bundan öncə onlarla qarşılaşmışdıq və yaxşı təsir bağışlamışdılar. Belçika gənc və istəkli komandadır və mundialda sürpriz edə bilərlər.
Cənubi Koreya millisi fiziki cəhətdən çox güclüdür. Çox çalışqan, sürətli və aqressiv komandadır. Son yoldaşlıq oyunları da onların necə təhlükəli rəqib olduğunu göstərdi. Düşünürəm ki, koreyalılara qaşı oynamaq çətin olacaq.
Əlcəzair haqda nəsə demək çətindir. Düzdür, futbolçularımızın Afrika yığmaları ilə oynamaq təcrübəsi var. Ötən il Fil Dişi Sahili yığması ilə yoxlama oyununda qüvvəmizi sınamışdıq. Ancaq Əlcəzair millisi nə Fil Dişi Sahili, nə də Nigeriyadır".
Syomin sonda "DÇ-2014"ün ən çətin "dörd"lüyü kimi D qrupunu fərqləndirib: "DÇ-2014"ün ən çətin qrupu D qrupu oldu. Burada Uruqvay, Kosta Rika, İtaliya və İngiltərə kimi yığmalar qərarlaşıb. Həmin görüşləri izləmək çox maraqlı olacaq".
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"
Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi
Birinci liqada ilk tura yekun vuruldu
"Kəpəz" - "Şamaxı": Heyətlər
Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
39 yaşlı Vardi yenidən Premyer Liqada oynaya bilər
"Qəbələ" - "İmişli" : Heyətlər
“Mançester Yunayted”in ÇL üçün heyəti açıqlandı
“Mançester Yunayted”in Çempionlar Liqası üçün heyəti
Avropada 16 klub üçün ilk - “Sabah” da siyahıdadır
“Liverpul”un yeni transferi kimdir?
“Mahir bu gün bizim ən yaxşı oyunçumuzdur" - Ayxan Abbasov
"Neftçi"dən ayrılan Piriç bu kluba keçdi
İsveçrə millisinin üzvü "Torino"da
Türkiyəli mütəxəssis Azərbaycan millisindən getdi
"Sabahın Ulduzları": 8-ci tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Taliska "Fənərbaxça"dan getdi
UEFA-dan azarkeşlər üçün yeni mövqe
Muradın komandası Superkubokun qalibi oldu
Millinin oyunçusu 31 yaşında karyerasını bitirdi
Mahir dayanmır. Yenə qol vurdu! - Video
Argentina Messiyə belə vida edəcək
“Qalatasaray” Çempionlar Liqası üçün heyətini açıqladı
"Arsenal"dan ərəb klubuna keçdi
"Zirə" bu dəfə braziliyalı futbolçu ilə gücləndi
ÇL matçlarını göl mənzərəli stadionda keçirəcəklər
"Mourinyo “Real”ı çox yaxşı tanıyır"
"Karvan-Yevlax"ın böyükhesablı qələbəsindən - Video
Oyun şansı qazanmasa, klubdan gedəcək
"Karvan-Yevlax" və “Şahdağ Qusar” mövsümə qələbə ilə başladı
“Fənərbaxça” UEFA-nın hədəfində - Araşdırma aparılır