"Dünya çempionatının qrupunda zəif rəqiblə qarşılaşmaq istəmirəm"

"Dünya çempionatının qrupunda zəif rəqiblə qarşılaşmaq istəmirəm"
DÇ-2014 3 Dekabr 2013 / 19:03 3782
-  A +

İtaliya milli komandasının baş məşqçisi Çezare Prandelli dekabrın 6-da atılacaq dünya çempionatının püşkü ilə bağlı fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis qrup mərhələsində zəif rəqiblə düşmək istəmədiklərini bildirib:

"Qrupda zəif komanda ilə qarşılaşmaq istəmirəm. Çünki zəif rəqiblər sonradan başımıza iş açırlar. Ən azından daha öncə belə olmuşdu. Mundialda uğurlu çıxış etmək üçün qrup mərhələsində güclü rəqiblərlə qarşılaşmaq lazımdır. Amma rəqiblərimiz o qədər də güclü olmamalıdır".

Qeyd edək ki, Prandelli sonda dünya çempionatında Zlatan İbrahimoviçin olmamasına təəssüfləndiyini bildirib.


Son xəbərlər