İyulun 2-də Avroliqada İsrailin "Bney İequda" klubu ilə qarşılaşacaq "Simurq" ciddi sınaq öncəsi son transferini reallaşdırıb. Qol.Az-ın məlumatına görə, Zaqatala təmsilçisi Ruslan Qunçukla rəsmi müqavilə imzalayıb. Ukraynalı olan Qunçuk yarımmüdafiəçidir. Ruslanın son klubu Ukraynanın yüksək liqa klubu "Xarkov"dır.
"Simurq" Ruslanın adını UEFA-ya göndərdiyi iştirak ərizəsinə də daxil edəcək. Ukraynalı futbolçu Avroliqada təmsilçimizə kömək edəcək.