“Şərait belə tələb edirdi. Ona görə də “Xəzər-Lənkəran”dan ayrıldım”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri bir müddət əvvəl “Xəzər-Lənkəran”ın vitse-prezidenti postundan ayrılan Rəvan Bəşirov deyib. Vəzifəsindən ayrılandan sonra ilk açıqlamasını saytımıza verən sabiq klub rəsmisi gedişi barədə çox danışmaq istəməyib: “Bu haqda çox danışmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, qəlbim hər zaman “Xəzər-Lənkəran” üçün döyünəcək”.