Avropa Liqasının təsnifat mərhələsinin dünən baş tutan oyunlarında Azərbaycan təmsilçilərindən “Qarabağ” səfərdə Makedoniya “Metallurq”una qalib gəlsə də, “Xəzər Lənkəran” proqnozların əksinə olaraq, cırtdan ölkə Maltanın təmsilçisi “Slima”ya qalib gələ bilməyib. Halbuki Lənkəran təmsilçisi rəqibindən həm büdcəsinə, həm şəraitinə, həm də futbolçularının səviyyəsinə görə üstün komanda hesab edilir.
Qeyd etmək yerinə düşər ki, UEFA-ın reytinq cədvəlində ən zəif rəqib də məhz “Xəzər Lənkəran” düşüb. Hazırda Malta təmsilçisi 450 komandanln yer aldığı siyahıda 403-cü yeri tutur. “Xəzər Lənkəran” isə “Slima”dan düz 81 pillə öndə - 322-ci yerdədir. Bu mənada, “Xəzər Lənkəran” cavab matçında həm qalib gəlib həm növbəti mərhələyə keçməyə, həm də Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırmağa borcludur. Əks halda bu, komandanın tarixinə əsl biabırçılıq kimi düçə bilər. Necə ki, dünənki 1:1 hesablı nəticəni də heç cürə klubun adına yaraşdırmaq olmur.
UEFA reytinqindən söz düşmüşkən, hazırkı durumda “Slima”dan sonra ən zəif rəqib Çempionlar Liqasında “Neftçi” ilə qarşılaşacaq Albaniya “Skandeerbu”sudur. Bu komanda 336-cı yerdə qərarlaşıb. “Neftçi” isə Azərbaycan klubları arasında hamıdan yüksək mövqedə - 227-ci yerdədir. Son Azərbaycan çempionundan bir pilləki yeri (228) isə “Qarabağ” turur. Ağdam komandasının dünən məğlub etdiyi “Metallurq” 353-cü pillədədir.
Avropa Liqasında üçüncü təmsilçimiz olan və siyahıda 264-cü yerdə qərarlaşmış “İnter”in rəqibi “Mariexamn” isə qitəmiqyaslı yarışlarda ilk dəfə iştirak edəcəyi üçün hələlik reytinqdə yer almır.
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"