Qurban Qurbanov: "Bakıda işimiz asan olacaq"

Qurban Qurbanov: "Bakıda işimiz asan olacaq"
ÖLKƏ FUTBOLU 2 İyul 2013 / 23:37 3921
-  A +

"Bizim qarşılaşmamızın birinci hissəsi başa çatdı. Havanın isti olması səbəbindən oynamaq çətin idi".

Qol.Az-ın "Azerisport.com"a istinadən verdiyi məlumata görə, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Metallurq"la oyundan sonra deyib.

Q.Qurbanov Bakıda komandasının işinin daha asan olacağını bildirib: "Bu gün əsas məqsədimiz qol buraxmamaq idi. Bakıda işimiz asan olacaq. Bizi orada daha maraqlı oyun gözləyir. Hər şeyə rəğmən, rəqibimiz ciddi komandadır. Onlar nəticəyə oynamağı bacarırlar".

Qeyd edək ki, "Qarabağ" klubu səfərdə "Metallurq"u 1:0 hesabı ilə məğlub edib. 

Daha çox


Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki

04.10.24  16:44

"Haaland vəhşidir"