"Neftçi" daha bir futbolçu transfer edir

"Neftçi" daha bir futbolçu transfer edir
ÖLKƏ FUTBOLU 2 İyul 2013 / 14:40 6274
-  A +

"Baxışda olmuş kamerunlu futbolçu Ernest Nforla danışıqlar gedir. Sabaha qədər bu məsələyə tam aydınlıq gələcək".

Qol.Az saytına açıqlamasında bu sözləri “Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov deyib.

Klub rəsmisi artıq “Neftçi”nin yeni mövsüm üçün transfer işini yekunlaşdırmaq üzrə olduğunu deyib: “Bizə lazım olan mövqelərə uğurlu transferlər etmişik.  Böyük ölçüdə transfer məslələrini bitirmişik.

Çempion heyəti  maksimum qorumağa çalışdıq və bunun öhdəsindən gəldik. Bir transfer də gözlənilir. Bu, Ernest Nfor, ya da digər bir futbolçu ola bilər. Ernest Nforu almaqla hücum xəttini bir qədər də gücləndirmək istəyirik. Nfor komandasının kapitanıdır. Hazırda onun klubundan ayrılması üçün işlər gedir. Bu futbolçuya təkilflərimizi bildirmişik. Maliyyə məsələsində razılğa gəlsək, onu da heyətimizə cəlb edəcəyik”.

Qeyd edək ki, 27 yaşlı futbolçunun 2011-ci ildən çıxış etdiyi Belçikanın “Kortriyk” klubu ilə 1 illik müqaviləsi var.

Daha çox


Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki

04.10.24  16:44

"Haaland vəhşidir"