Bu gün futbol üzrə UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyunlarına start verilib.
Qol.Az-ın məlumatına görə, Avroliqadakı təmsilçilərimizdən "Qarabağ" klubu turnirdə ilk oyununa çıxıb.
Ağdam təmsilçisi Makedoniyada "Metallurq"un qonağı olub. Üç il öncə rəqibini ümumi nəticədə 5:2 hesabı ilə keçən Qurban Qurbanovun komandası bu cütün əsas favoriti hesab olunurdu. Bakı vaxtı ilə saat 20:45-də başlayan oyun "Qarabağ"ın qələbəsi ilə başa çatıb. Reynaldonun matçın 64-cü dəqiqəsində vurduğu qol yeganə olub - 1:0.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 11-də, Bakıda keçiriləcək.
2 iyul
Avropa Liqası, I təsnifat mərhələsinin oyunları
20:45. "Metallurq" (Makedoniya) – "Qarabağ" (Azərbaycan) - 0:1
Qol: Reynaldo, 64 (0:1)
Baş hakim: Lars Kristoffersen (Danimarka)
Skopye. "II Filip" stadionu.
"Qarabağ": Miro Varvodiç, Maksim Medvedev, Rəşad Sadıqov, Ansi Aqolli, Admir Teli, Qara Qarayev, Riçard Almeyda, Reynaldo, Vüqar Nadirov, Muarem Muarem və Nikoloz Gelaşvili
Oyun başladı...
2. Qelaşvili zərbəsi qapıçı qaytara bildi
5. "Qarabağ" topa nəzarət edir.
9. Reynaldonun ara ötürməsinə Vüqar çata bilmir.
12. Hakim Riçard Almeydaya şifahi xəbərdarlıq edir.
14. Vüqarın uzaqdan zərbə cəhdi alınmır.
16. "Metallurq"un qapı qarşısına asması qeyri-dəqiqdir.
19. "Metallurq"un 2 nömrəli futbolçusunun zərbəsi qapının üstündən keçir.
21. Sol tərəfdə Ansi Aqolli və Reynaldo fəallığı ilə seçilir.
22. Rəşadın ara ötürməsindən sonra Reynaldo və Gelaşvili bir-birini başa düşmürlər.
23. İlk real qol vəziyyəti: Gelaşvilinin zərbəsini qapıçı çətinliklə qaytarır. Qayıdan topu isə Muarem qapıya göndərə bilmir.
25. Vüqar Nadirova qarşı kobud oyun.
29. İlk künc zərbəsini "Qarabağ" yerinə yetirir. Ancaq hücumda heç nə alınmır.
31. Ansi Aqollinin Gelaşvili çata bilmir.
33. Vüqar Nadirova qarşı kobudluq edilir. Rəqibin 7 nömrəsi sarı vərəqə ilə cəzalanır.
35. "Qarabağ"ın qapı qarşısında ilk qol vəziyyəti. Miro varvodiç zərbənin qarşını ala bilir. Künc zərbəsi.
39. Vüqarın asma zərbəsini rəqib qolkiper qapı xəttindən çıxartdı.
40. Gelaşvili yan tərəfdən Vüqar Nadirova ötürmə verir. Lakin Vüqar boş qapını nişan ala bilmir.
İkinci hissə başladı
46. İkinci hissədə Muaremin əvəzinə Namiq Yusifov oyuna daxil olub.
46. Admir Teli hesabı aça bilərdi. Lakin alınmadı.
49. Qara Qarayev 49-cu dəqiqədə sarı vərə ilə cəzalanır.
50. Rəqib futbolçunun zərbəsi qapı tirindən qayıtdı.
51. Görüşdə açıq futbol gedir.
54. "Qarabağ" və "Metallurq" hərəsi bir real imkanından yararlana bilmədi.
58. Ansi Aqolli özü qol vəziyyəti yaratsa da, zərbəsini rəqib qapıçı tutur.
60. Rəqibin heyətində dəyişiklik edildi. 2 nömrəli futbolçunun yerinə 20 nömrəli oyunçu Mile Krstev daxil olur.
64. Qooooollllll. Reynaldonun zərbəsindən sonra top qapı dirəyinə dəyir və tora daxil olur - 1:0.
70. "Qarabağ"ın heyətində dəyişiklik. Vüqar Nadirovun əvəzinə Murad Səttarlı meydana daxil olur.
73. Künc zərbəsini Murad Səttarlı yerinə yetirir.
84. "Qarabağ"ın heyətində növbəti dəyişiklik. Gelaşvilinin əvəzinə Leroy Corc meydana daxil olur.
87. Qara Qarayevə qarşı kobud oyun.
89. Almeydanın gözəl ötürməsini Reynaldo qapıya zərbə ilə tamamladı, ancaq top azacıq yandan keçdi.
90. Leroy Corcdan mükəmməl hərəkətlər, lakin qarşısını kobudluqla alırlar.
90. Namiq Yusifov vaxtı uzatdığı üçün sarı vərəqə ilə cəzalanır.
Oyun başa çatdı. "Qarabağ" qələbə qazandı...
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"