"Qəbələ"dən növbəti rəsmi transfer

"Qəbələ"dən növbəti rəsmi transfer
ÖLKƏ FUTBOLU 1 İyul 2013 / 18:00 4460
-  A +

Gələn mövsüm üçün hazırlıqlarını davam etdirən “Qəbələ” klubu bu gün növbəti transferini rəsmiləşdirəcək.

Qol.Az saytına bu barədə klubun baş meneceri Zaur Əzizov məlumat verib. Onun sözlərinə görə, klub Ukraynanın “Voln” komandasının üzvü Daniel Subotiçlə bir illik müqavilə imzalayacaq. Bu axşam isə Subotiç “Qəbələ”nin Türkiyədəki toplanışına qoşulacaq.

1989-cu ildə Xorvatiyanın Zaqreb şəhərində doğulan Subotiç  2010-2011-ci illərdə Rumıniyanın “Tarqu Mure” klubunda çıxış edib. Oradan “Voln” klubuna transfer olunan 24 yaşlı futbolçu 23 oyuna 4 qol vurub.

Qeyd edək ki, “Qəbələ” bundan öncə Vladimir Levin, Nizami Hacıyev, İbrahima Niasse, David Petrzkeviç, Lorenzo Ebesilyo, Dmitri Kramarenko, Abdulvahid Afolabini heyətinə cəlb edib.

Daha çox


Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki

04.10.24  16:44

"Haaland vəhşidir"