Ceyhun Sultanov: “Futboldan gedirəm”

Ceyhun Sultanov: “Futboldan gedirəm”
ÖLKƏ FUTBOLU 27 İyun 2013 / 14:30 2474
-  A +

“Qəbələ” klubunun yarımmüdafiəçisi Ceyhun Sultanov futbolçu karyerasını bitirmək qərarına gəlib.

Qol.Az saytının müxbiri ilə söhbətində bunu təcrübəli futbolçu özü bildirib.

Milli komandamızın sabiq üzvü artıq komandasına qərarını bildirdiyini deyib: “Futbolla vidalaşmaq qərarına gəlmişəm. Bu barədə “Qəbələ” ilə danışmışam və razılığa gəlmişik. Heç bir problem yoxdur. İlin sonuna kimi müqaviləm olsa da, görürəm ki, artıq futboldan getmək vaxtımdır”.

34 yaşlı oyunçu futboldan ayrılmağının əsas səbəbinin zədəsi ilə bağlı olduğunu qeyd edib: “Uzun müddət zədədən əziyyət çəkdim. İndi də görürəm ki, dizimdə olan ağrılar tam düzəlmək bilmir. Həm də elə bir yaşdayam ki,  futboldan getsəm, daha yaxşı olar”.

Daha çox


Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki

04.10.24  16:44

"Haaland vəhşidir"