Karlo Ançelotti rəsmən “Real”da

Karlo Ançelotti rəsmən “Real”da
ÖLKƏ FUTBOLU 25 İyun 2013 / 15:37 3372
-  A +

Madrid “Real”ı Joze Mourinyodan sonra boş qalmış baş məşqçi vəzifəsinə yeni mütəxəssis gətirib. Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytı Karlo Ançelottinin “Real”ın baş məşqçisi təyin olunduğunu elan edib.

Onunla üç illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ançelottinin son iş yeri Fransa PSJ-si olub.

54 yaşlı mütəxəssis 18 illik məşqçilik karyerasında "Redjina", "Parma", "Yuventus", "Milan" (hamısı İtaliya) və "Çelsi" (İngiltərə) klublarını da çalışdırıb.

Daha çox


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner