Bu gün, Bakı vaxtı ilə saat 17:30-da UEFA Avropa Liqasının II təsnifat mərhələlərinin püşkü atılıb.
Qol.Az-ın məlumatına görə, bu turnirdə ölkəmizi təmsil edəcək "Qarabağ", "İnter" və "Xəzər Lənkəran" klublarının da rəqibəri müəyyənləşib.
Hər üç klubumuz ilk mərhələni uğurla keçəcəyi təqdirdə II təsnifat mərhələsində aşağı qeyd olunan komandalarla qarşılaşacaq.
"İnter" "Mariehamn" səddini keçəcəyi təqdirdə "Kelje" (Sloveniya) / "Tromso" (Norveç) cütünün qalibi ilə qarşılaşacaq. "Qarabağ" klubu növbəti mərhələdə Polşa "Piast" ilə üz-üzə gələcək. "Xəzər Lənkəran" Malta "Slima Vanderers" komandasını məğlub edərsə, növbəti mərhələdə "Makkabi" (Hayfa, İsrail) klubu ilə qarşılaşacaq.
"Qarabağ" klubu Polşanın "Piast" klubu ilə tarixində ilk dəfə üz-üzə gələcək. Lakin Ağdam təmsilçisi 2010/2011 mövsümündə Polşanın digər təmsilçisi "Visla"nı hər iki oyunda (3:2, 1:0) məğlub edərək "play-off"a yüksəlmişdi.
"Xəzər Lənkəran" 2011/2012 mövsümündə İsrailin digər təmsilçisi "Makkabi" (Təl-Əviv) klubu ilə qarşılaşmış və iki oyunun nəticəsinə görə mərhələni keçə bilməmişdi. Səfərdə rəqibinə 1:3 hesabı ilə uduzan Lənkəran klubu doğma meydanda 0:0 bərabərə qalaraq Avroliqada mübarizəni dayandırmışdı.
Xatırladaq ki, "Qarabağ" 1999-cu ildə İntertoto kuboku çərçivəsində "Xəzər Lənkəran"ın hazırki rəqibi "Makkabi" (Hayfa) klubu ilə qarşılaşmış və növbəti mərhələyə adlayan tərəf olmuşdu. Belə ki, doğma meydanda 0:1 hesabı ilə uduzan Ağdam klubu səfərdə Müşviq Hüseynovun iki qolu sayəsində rəqibinə qalib gələrək növbəti mərhələyə yüksəlmişdi - 2:1.
Qeyd edək ki, I təsifat mərhələsində "Qarabağ" Makedoniyanın "Metallurq", "İnter" Finlandiyanın "Mariehamn" və "Xəzər Lənkəran" Maltanın "Slima Vanderers" klubları ilə qarşılaşacaq.
Əlavə edək ki, Avroliqanın I təsnifat mərhləsinin oyunları 4-11 iyul, II təsnifat mərhələsinin görüşləri isə 18-25 iyul tarixlərində keçiriləcək.
Artıq klublarımızın II təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib:
"Mariehamn"/"İnter" - "Kelje" (Sloveniya) / "Tromso" (Norveç)
"Makkabi" (Hayfa, İsrail) - "Slima Vanderers" / "Xəzər Lənkəran"
"Metallurq" / "Qarabağ" - "Piast" (Polşa)
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video