"Mançester Yunayted" ÇL-da qalsa idi, işimiz rahat olardı"

"Mançester Yunayted" ÇL-da qalsa idi, işimiz rahat olardı"
DÜNYA FUTBOLU 9 Mart 2013 / 16:15 3851
-  A +

“Mançester Siti” klubunun baş məşqçisi Roberto Mançini “Mançester Yunayted”in Çemiponlar Liqasında mübarizəni dayandırmasına təəsssüfləndiyi deyib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, baş məşqçi bu məğlubiyyətin ardından “MY”nin bütün gücünü Premyer Liqaya qoyacağını deyib: “Buna görə də 12 xallıq fərqi azaltmağımız çətin olacaq. Əgər “MY” ÇL-da yollarını davam etdirsəydi, işimiz daha rahat olardı” - deyə o bildirib.

Mançini “Mançester Yunayted” - “Real” oyunun 56-cı dəqiqəsində  Naniya qırmızı vərəqə verilməsinə də, münasibət bildirib. O qeyd edib ki, Fergüsson  hakimə etiraz etməkdə haqlı idi: “Məncə də Naiyə qırmızı vərəqə verilməsi düzgün deyildi. Həmin epizoda sarı vərəqə belə vermək çox olardı”.

Qeyd edək ki, İngiltərə Premyer liqasına 71 xalla “MY” liderlik edir. “Mançester Siti” isə 59 xalla ikincidir.

Son xəbərlər