“Sözün düzü, bizim “Bakı”yla heç bir görüşümüz olmayıb. Amma təklif olacağı halda, Çempionlar Liqasında “Bakı”ya kömək etməyim mümkün ola bilər”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri milli komandamızın kapitanı və Türkiyənin “Kocaelispor” klubunun üzvü Rəşad Sadıqov “Bakı”ya mümkün keçidi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib. Bununla belə, Sadıqov bildirib ki, “Bakı”ya mümkün keçidi haqda deyilənlər yalandır: “Mən hətta “Neftçi”də oynadığım müddətdə də “Bakı” rəsmiləriylə, komandanın baş meneceri Zeynal Məmmədovla yaxşı münasibətdə idim. Arada bir telefonla danışıb, əlaqə saxlayırdıq. Eyni zamanda da Coko Haciyevskiylə münasibətim əladır. Onunla millidə də birlikdə çalışmışıq. Həmişə görüşəndə də mənə öz məsləhətlərini verir. Onlar da istəyirlər ki, mən legioner həyatı yaşayım. Mən də karyeramı xaricdə davam etdirmək istəyirəm. Ümumiyyətlə, Haciyevski deyib ki, mən Rəşad tipli müdafiəçi istəyirəm. Bu o demək deyil ki, mən “Bakı”ya keçəcəm. Həm də mən demişəm ki, bu komandaya Çempionlar Liqasında kömək etməyə hazıram. Özü də təkcə “Bakı”ya yox, həm “İnter”, həm “Simurq”, həm də “Qarabağ”a kömək etməyə hazıram. Amma bunun üçün gərək anlaşacağım komandayla ilk növbədə razılıq əldə olunsun”.
Sadıqov gələcək karyerasına yaxın günlərdə aydınlıq gələcəyini bildirib: “Hazırda 2-3 komandayla danışıqlar gedir. Amma ad açıqlaya bilmərəm. “Hacettepe”ylə oyundan sonra Ankarada menecerlərlə görüşüm olacaq. Məni heyətinə qatmaq istəyən komandalar superliqada təmsilçiləridir. Görək də necə olur”.
Maykl Kinlə yubiley müqaviləsi imzalandı
Quliyev və Səfərovun dublları, "Səbail"in qələbəsi - Video
Vinisius Mbappedən az maaş alacaq
Günay Qurbanova Avropa çempionatında bürünc medal qazandı
Azarkeşlərin davranışı kluba baha başa gəldi
Avropanın ən baxımlı komandası oldular
"Mançester Yunayted"ə keçə bilər
"Nyukasl" Qordon üçün 80 milyon tələb edir
"Fənərbaxça"dan derbidən öncə gözlənilməz qərar
Rəhim Həsənov hakimin qərarlarını təsdiqlədi - Video
Rəqib qapısına zərbə vurmadan finala yüksəldilər
1-ci liqada 23-cü tura yekun vuruldu
20-cini vurdu, 30-cu oldu
“Zirə”nin 3-cü, “Sabah”ın 2-ci finalı
PSJ növbəti oyuna itki ilə çıxacaq
Azərbaycan millisi Belarusla qarşılaşacaq
"Barselona" təsdiqlədi: Bu mövsüm oynaya bilməyəcək
UEFA Arda Turanı cərimələdi
"Real" Ardanın zədələndiyini açıqladı
İstanbul derbisinin hakimləri bilindi
"Sabah" Rəvan Həmzəzadəni özü ilə aparacaq?!
Artetanın oğlu "Arsenal"da debüt etdi
Yamal zədələndi
Onlar da İngiltərə Premyer Liqasını tərk edəcəklər
Qurban Qurbanov nəyə və kimlərə gülürdü?
"Çelsi"də baş məşqçi vəzifəsinə əsas namizəd müəyyənləşdi
Azərbaycan boksçusu dünya kubokunda daha bir qələbə qazandı