"Siz hesab edirsiniz ki, Azərbaycanla oyun asan olacaq? Mən belə hesab etmirəm".
Qol.Az-ın məlumatına görə, bu sözləri Rusiya yığmasının baş məşqçisi Fabio Kapello millimizlə oyunöncəsi keçirdiyi mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis Azərbaycan millisinin hörmətə layiq komanda olduğunu bildirib: "Azərbaycan yığması hörmətə layiq komandadır. Onlar İsraillə heç-heçə etdilər. Halbuki, həmin görüşdə qələbə də qazana bilərdilər. Portuqaliya ilə oyunda isə son dəqiqələrdə iki top buraxdılar.
Üstəlik onlar Moskvaya daha hazırlıqlı gəliblər. Çünki Azərbaycan millisi 3 gün əvvəl oyun keçirmədiyindən bizimlə oyuna hazırlaşmağa kifayət qədər vaxtları olub. İlk dəqiqələrdən qol vurmağa çalışmalıyıq. "Gec-tez vuracağıq" deyə düşünmək olmaz. Ona görə də rəqibə qarşı ağıllı və aqressiv oynamalıyıq".
Kapello Azərbaycanla oyunda heyətdə müəyyən dəyişikliklərin olacağını da istisna etməyib: "Heyətdə müəyyən dəyişikliklər olacaq. Oyuna gəldikdə isə meydanda iki komanda mübarizə aparacaq. Biz vəziyyətə uyğun hərəkət edəcəyik. Şimali İrlandiya ilə oyunu xatırlayıram. Onlar 11 nəfərlə müdafiəyə çəkilmişdilər ki, bu da bizə daim hücumda oynamağa imkan verirdi. Əgər Azərbaycan millisi də tamamilə müdafiəyə otursa, oyunu əsasən hücumdan quracağıq. Yox əgər rəqib hücumameyilli oynasa, o zaman müdafiyə diqqət ayırmalıyıq. Futbol təkcə hücumdan ibarət deyil. Müdafiəyə də diqqət yetirmək lazımdır".
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər