“Rəvan”ın argentinalı futbolçusu Kristian Torres Qol.Az-a müsahibə verib
- Premyer Liqada “İnter”ə 0:2 hesablı məğlubiyyəti nə ilə izah edərdin?
- “İnter” güclü komandadır. Bu mənada oyunun çətin keçəcəyini bilirdik. Təbii ki, meydançaya qələbə üçün çıxmışdıq. İlk qola kimi pis oynamadıq. Lakin rəqib hesabı açandan sonra bir qədər boşalma oldu. Nəticədə ikinci hissədə daha bir top buraxaraq, məğlub olduq.
- Yeni baş məşqçiniz Kemal Alispahiç haqda nə deyə bilərsən?
- Alispahiç güclü məşqçidir, hələ “Muğan”da işləyərkən özünü sübut edib. Mən inanıram ki, o, “Rəvan”ı bu çətin vəziyyətdən çıxara biləcək. Sadəcə, ona vaxt vermək lazımdır. Çünki komandaya yeni təyin olunub və zamana ehtiyacı var.
- Komandanız sonuncu pillədə qərarlaşıb. Necə düşünürsən, qısa zamanda uğursuzluq zolağından çıxa biləcəksiniz?
- İnanıram ki, çıxa biləcəyik. Hazırda sonuncu pillədə qərarlaşmışıq. Ancaq sizi əmin edirəm ki, “Rəvan” sonuncu yerə layiq komanda deyil.
- Növbəti turda səfərdə “Sumqayıt”la oynayırsınız. Bu oyun haqda nə deyə bilərsən?
- Millinin oyunları ilə əlaqədar çempionatda fasilə yaranacaq. Bu, bizim xeyrimizə oldu ki, toparlanmaq, özümüzə gəlmək üçün zamanımız olacaq. “Sumqayıt” yaxşı komandadır, gənclərdən təşkil olunub, iddialı rəqibləri məğlub ediblər. Çətin olacaq, amma məqsədimiz qələbə qazanıb sonuncu pillədən çıxmaqdır.
Anar XANLAROV
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı