Bu gün Avropa Liqasında play-off mərhələsinin ilk oyunları keçirilib.
Qol.Az-ın məlumatına görə, bu mərhələdə Azərbaycanın yeganə təmsilçisi olan Bakının "Neftçi" klubu öz meydanında ilk görüşünə çıxıb.
Çempionlar Liqasında mübarizəni dayandıran "Neftçi" Avropa Liqasının qrup mərhələsinə düşmək şansı qazanıb. Bunun üçün də Böyükağa Hacıyevin komandası son səddi uğurla keçməlidir.
Rəqib isə Kiprin APOEL klubudur. Ötən mövsüm Çempionlar Liqasında adından söz etdirən Nikosiya təmsilçisi Bakıya iddialı gəlmişdi. "Neftçi"nin güclü rəqibinə qarşı necə müqavimət göstərəcəyi böyük maraq doğururdu.
İlk hissəsi qolsuz başa çatan oyunda hesab fasilədən sonra açılıb. Hərəyə bir dəfə fərqlənən komandalar görüşdən bərabərliklə ayrılıblar - 1:1.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı bir həftə sonra - avqustun 30-da Nikosiyada keçiriləcək.
23 avqust
Avropa Liqasında play-off mərhələsinin ilk oyunu
21:00. "Neftçi" (AZƏRBAYCAN) - APOEL (Kipr) - 1:1
Qollar: Mahir Şükürov, 82-pen (1:0), Selim Benaşur, 83 (1:1)
Baş hakim: Robert Malek (Polşa)
Bakı. “Dalğa Arena” stadionu
"Neftçi": Saşa Stamenkoviç, İqor Mitreski, Rəşad Sadiqov (k), Flavinyo, Julius Vobay (Araz Abdullayev, 76), Kanales, Erik Ramos, Bruno Bertuççi, Mahir Şükürov, Cavid İmamverdiyev (Mirhüseyn Seyidov, 65), Elvin Yunuszadə.
APOEL: Kiotis Dionysios, Mario Bodimir, Konstantios Xaralanbides, Nektarios Aleksandros, Pinto Ribero, Barbosa Molais, Borda Etxezarreta, Leal Noquera, Makedo Souza, Aloneftis Efstatnios, Fransisko dos Santos
Messi bu oyunu buraxacaq
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı